Novruz Məmmədov: “Skott Dvorkin, sübut elə ki, mənim ABŞ-da iki mənzilim var” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet

Novruz Məmmədov: “Skott Dvorkin, sübut elə ki, mənim ABŞ-da iki mənzilim var”

Novruz Məmmədov: “Skott Dvorkin, sübut elə ki, mənim ABŞ-da iki mənzilim var”

Bu gün Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov özünün Twitter bloqunda amerikalı siyasətçi, “Trampa qarşı demokratik koalisiya”nın üzvü Skott Dvorkinin ondan üzr istəməsini tələb edib.

Virtualaz.org N.Məmmədovun bloquna istinadla xəbər verir ki, buna səbəb Dvorkinin Prezident Admnistrasiyasının şöbə müdiri barədə yaydığı məlumatdır. N.Məmmədovun tviti belədir:

“Əziz” Dvorkin, mən gözlədim və bir müddət düşündüm ki, vicdanınız sizə yala və böhtan yaydığınızı deyəcək və nəhayət buna görə üzr istəyəcəksiniz. Lakin görürəm ki, yalan məlumat yaymaq sizin gündəlik işinizdir. Budur, sizin yaydığınız informasiya ilə bağlı mənim təklifim belədir. Əgər siz sübut edə bilsəniz ki, mən ABŞ-da iki kondomunimun (kooperativ binada mənzil) sahibiyəm, həmin mənzilin birini sizə hədiyyə edəcəyimi bəyan edirəm. Əks halda siz üzr istəməlisiniz, əgər şərəf və ləyaqətiniz varsa”.

Novruz Məmmədov: “Skott Dvorkin, sübut elə ki, mənim ABŞ-da iki mənzilim var”


Bəs Skott Dvorkinin yaydığı hansı məlumatdan söhbət gedir? Virtualaz.org müəyyənləşdirib ki, amerikalı siyasətçi Novruz Məmmədov barədə məlumatı martın 15-də özünün Twitter bloqunda yayıb. İddia edib ki, N.Məmmədov 2006-cı ildə Mayamidəki məşhur “Trump Palace”də iki mənzil alıb.

Novruz Məmmədov: “Skott Dvorkin, sübut elə ki, mənim ABŞ-da iki mənzilim var”


Həmin günlərdə ABŞ məbuatı Trampın Rusiya ilə şübhəli işbirliyi barədə iddiaların izi ilə gedərək yazırdı ki, rusiyalı oliqarxlar 2000-ci illərin ortalarında “Trump Tower”dən mənzillər alıblar. Trampın “qülləsində” mənzillərin qiymətləri milyonlarla dollardır.
Novruz Məmmədov: “Skott Dvorkin, sübut elə ki, mənim ABŞ-da iki mənzilim var”

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *