Türkiyədə referendumun ilkin nəticələri » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

Türkiyədə referendumun ilkin nəticələri

Türkiyədə referendumun ilkin nəticələri


Türkiyədə konstitusiya dəyişikliyini nəzərdə tutan ümumxalq səsverməsi ilə bağlı bülletenlərin sayılması prosesi davam edir.

Virtualaz.org bildirir ki, təxminən yarım saat əvvələdək bülletenlərin 19.72 faizi sayılıb. İlkin məlumata görə, sayılan bülletenlərə əsasən seçicilərin 64,19 faizi konstitusiya dəyişikliyinə “hə” deyib.

Bu arada referendumunda seçici fəallığının müşahidə edildiyi barədə də məlumat yayılıb.

Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, seçicilər 167 min 140 seçki məntəqəsində səs veriblər.

İlkin məlumata görə, seçici fəallığı 84.05 faiz olub.

Qeyd edək ki, referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *