Bəşər Əsəd: ABŞ Suriyaya hücum etməklə məqsədinə çata bilmədi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

Bəşər Əsəd: ABŞ Suriyaya hücum etməklə məqsədinə çata bilmədi

Bəşər Əsəd: ABŞ Suriyaya hücum etməklə məqsədinə çata bilmədi


“ABŞ Suriyanın Homs əyalətindəki hərbi aerodromuna hücum etməklə arzuladığı nəticələrə nail ola bilmədi”.

AzNews.info Report-a istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd bazar günü iranlı həmkarı Həsən Ruhani ilə telefon söhbəti zamanı deyib.

“Əsəd qeyd edib ki, ABŞ hücum etmək yolu ilə məqsədlərinə çata bilmədi. Bu, Suriya ordusunun qazandığı qələbələrdən sonra Birləşmiş Ştatlar tərəfindən dəstək alan terror qruplaşmalarında mənəvi ruh yüksəkliyi yaratmaq cəhdi idi”, - deyə SANA agentliyi prezidentin sözlərini sitat gətirib.

Öz növbəsində İran lideri Həsən Ruhani ABŞ-ın Suriya ərazisinə təcavüzünü ölkənin suverenliyinin və bütün beynəlxalq qanun və konvensiyaların kobud şəkildə pozulması adlandırıb. O, İranın terrorçuluqla mübarizədə Suriyanın yanında oduğunu bildirib.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *