Dövlətin bankirini Rza Zərrab və İran işinə görə Nyu-York aeroportunda qandalladılar » AzNews.info -Xəbər portalı

Dövlətin bankirini Rza Zərrab və İran işinə görə Nyu-York aeroportunda qandalladılar

Dövlətin bankirini Rza Zərrab və İran işinə görə Nyu-York aeroportunda qandalladılar

Bakı vaxtı ilə ötən gecə Türkiyənin ən iri dövlət bankı olan “Halk Bank”ın idarə heyətnin baş icraçı direktorunun müavini Mehmet Hakan Atilla Nyu-Yorkun Kennedi aeroportunda həbs olunub.

Virtualaz.org “Bloomberg”ə istinadən xəbər verir ki, Mehmet Hakan Atilla İran əsilli azərbaycanlı milyarder, hazırda ABŞ-da həbsdə olan Rza Zərrabla əlbir olaraq İrana qarşı sanksiyaları pozmaqda, bu ölkəyə aid on milyardlarla dolların “yuyulmasını” təşkil etməkdə ittiham olunur.

Dövlətin bankirini Rza Zərrab və İran işinə görə Nyu-York aeroportunda qandalladılar


Xəbərə görə türkiyəli bankir bu gün məhkəmə qarşısına çıxarılacaq. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün prokurorun təqdimatı var. Xatırladaq ki, Rza Zərrab həbs edən və Hakan Atillanın adı keçən cinayət işini aparan məşhur prokuror Pret Bharara bu günlərdə prezident Donald Trampın sərəncamı ilə işdən çıxarılıb.

Agentlik qeyd edir ki, Hakan Atilla Türkiyə ilə ABŞ arasında onsuz da mürəkkəb münasibətlərin hökm sürdüyü bir vaxtda həbs olunub. İqtisadiyyat naziri Nihat Zeybekçi bankirin həbsinə operativ reaksiya verərək ABŞ hakimiyyətinin addımını pisləyib. “Belə vəziyyət vardısa əvvəlcədən onu Türkiyə tərəfinə niyə bildirmirdilər? Biz bankiri ifadə almaq üçün dəvət edə bilərdik”-nazir “Bloomberg”ə müsahibəsində deyib.

Dövlətin bankirini Rza Zərrab və İran işinə görə Nyu-York aeroportunda qandalladılar


“Halk Bank”ın adı prokuror Bhararanın apardığı işdə əvvəlcədən keçirdi. İstintaq materiallarında deyilirdi ki, Rza Zərrab İranın sanksiyalardan yayılan pullarını bu bank üzərindən özünün çoxsaylı şirkətlərinə ötürüb, oradan nəğdləşdirərək İrana daşıyıb. Türkiyədə isə 2013-cü ilin dekabrında aparılan antikorrupsiya həbsləri zamanı (AKP hökuməti həmin həsb dalğasını FETÖ-nün dövlət çevrilişi cəhdi adlandırır) “Halk Bank”ın rəhbəri Süleyman Arslanın evindən ayaqqabı qutularına doldurulmuş dollarlar və avrolar tapılmışdı. Bu baxımdan “Halk Bank”ın adının bu cinayət işində keçdiyini bilə-bilə Mehmet Hakan Atillanın ABŞ-a hansı məqsədlə getdiyi qaranlıq qalır.
Dövlətin bankirini Rza Zərrab və İran işinə görə Nyu-York aeroportunda qandalladılar

Prokuror Bharara

“Bloomberg”in yazdığına görə ABŞ ədliyyəsi bankirin həbsi üçün onun Rza Zərrabın iştirakı ilə apardığı telefon danışıqlarına, habelə bir neçə başqa informatorun verdiyi məlumatlara əsaslanır. Məsələn, belə telefon danışıqlarında Rza Zərrab indi ABŞ ədliyyəsi ilə əməkdaşlıq edən, adı açıqlanmayan informatorla bu məzmunda danışıb: “Bilirsənmi bank nə iş qarışdırıb? Sənin mənə gətirdiyin sənədə görə onlar pulları taxıl almaq üçün Dubaya köçürdüklərini yazırlar. Adam mənə deyir ki, bu nədir, Dubayda taxıl bitir?”.

Bildirilir ki, Rza Zərrabı hazırda bu cinayət iş üzrə Nyu Yorkun 20-yə yaxın elit vəkili müdafiə edir. O cümlədən Nyu Yorkun keçmiş meri, vəkil Rudolf Culiani və ABŞ-ın keçmiş baş prokuroru Maykl Mukasi onların arasındadır.

Dövlətin bankirini Rza Zərrab və İran işinə görə Nyu-York aeroportunda qandalladılar


ABŞ ədliyyəsi bildirir ki, onun əlində Rza Zərrabın İranın pullarını “yumaq” üçün “Halk Bank”ın rəhbərlərinə və Türkiyə məmurlarına milyonlarla dollar verdiyinə dair sübutlar var. “Halk Bank”ın idarə heyətinin sədr müavininin həbsindən sonra Türkiyə lirəsi dollarla müqayisədə 1.2 faiz ucuzlaşıb, bankın özünün səhmləri də sürətlə dəyərdən düşür. Xarici işlər naziri Mövlut Çavuşoğlu Türkiyə KİV-lərinə bildirib ki, Mehmet Hakan Atillanın ABŞ-da həbs olunması “əvvəlcədən hazırlanmış plan” olub. “Görünür əvvəlcədən hazırlaşıblar. Dərhal məhkəmə önünə çıxarırlar. Bu, FETÖ-yə yaxın olan keçmiş prokuror Bhararanın əsassız ittihamlara əsaslanan iddianaməsi əsasında atılan addımdır. Biz baş verənləri yaxından təqib edirik”-nazir deyib.

“Halk Bank”dan yayılan açıqlamada isə deyilir ki, Mehmet Hakan Atilla martın 28-də xidməti işlə bağlı getdiyi ABŞ-da həbs olunub, barəsində ittham aktının hazırlanması üçün prokurorluğa aparılıb. Məsələ ilə bağlı araşdırma aparılır və əlavə məlumat olsa ictimaiyyətə təqdim olunacaq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *