Lavrov Azərbaycanın Rusiyaya yardım etməsindən danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Lavrov Azərbaycanın Rusiyaya yardım etməsindən danışdı

Lavrov Azərbaycanın Rusiyaya yardım etməsindən danışdı

“Rusiyanın xarici yardıma ehtiyacı yoxdur. Buna baxmayaraq, fövqəladə hallardan, o cümlədən də ölkəmizdə baş verən təbii fəlakətlər zamanı rus xalqı ilə xarici tərəfdaşların həmrəyliyinin təzahürünə dair çoxsaylı nümunələr mövcuddur”.

Oxu.Az Rusiyanın XİN saytına istinadən xəbər verir ki, bu barədə ölkənin XİN rəhbəri Sergey Lavrov “Arqumentlər və faktlar” nəşrinə verdiyi müsahibəsində Rusiyaya digər ölkələrin yardımına dair suala cavab verərkən bildirib.

Rusiya XİN rəhbəri bir sıra təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı göstərilən yardımlarda Azərbaycanın rolunu qeyd edib.

“2010-cu ildə yanğınlar zamanı Azərbaycan, Belarus, Ermənistan, İtaliya, Bolqarıstan, Qazaxıstan, Fransa, Polşa, Türkiyə və Latviya fövqəladə xidmətləri tərəfindən yardım göstərilib”, - Rusiya XİN rəhbəri bildirib.

“2012-ci ildə Azərbaycan və Belarus Rusiyaya Krasnodar vilayətində daşqından zərərçəkən əhaliyə humanitar yardım göndərib”, - Sergey Lavrov bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *