Moskvada etiraz aksiyası: yüzlərlə adam saxlanıldı » AzNews.info -Xəbər portalı

Moskvada etiraz aksiyası: yüzlərlə adam saxlanıldı – VİDEO

Moskvada etiraz aksiyası: yüzlərlə adam saxlanıldı

Moskvada, Puşkin meydanında polis antikorrupsiya mitinqinə qatılan 130-dan çox aksiyaçını saxlayıb.Daha 30 aksiyaçı isə əvvəlcədən gətirlmiş maşınlara doldurulub. Saxlananlar arasında The Guardian qəzetinin müxbiri də var.

Puşki meydanı mühasirəyə alınıb. Fəalların verdiyi məlumata görə, polis aksiyaçılara qarşı dəyənəklərdən istidfadə edir. Polisin dəyənəylə vurduğu aksiyaçlardan biri hüşunu itirərək yerə yıxılıb.

"Dojd" telekanalının məlumatına görə, Puşkin meydanına qaz buraxılıb. 200-ə yaxın xüsusi təyinatlı polis aksiyaçıları dağıdıb. Yüzlərlə mitinqçi Kreml tərəfə üz tutub.

Bundan əvvəl isə polis müxalifət fəalı Aleksandr Navalnynı saxlamışdı. Navalnı antikorrupsiya aksiyasının təşkilatçısıdır.

Korrupsiyaya qarşı Mübarizə Fondunun baş nazir Dmitri Medvedevin əmlakları barədə hazırladığı filmin nümayişindən sonra Rusiyanın onlarla şəhərində ictimai fəallar martın 26-da aksiyalar keçrirəcəklərini bəyan etmişdilər. Navalnynın bildirdiyinə görə, aksiyalar ölkənin 80-dən çox şəhərini əhatə etməlidir.

Polis Korrupsiya Qarşı Mübarizə Fondunun Moskva ofisinin bütün əməkdaşlarını saxlayıb.

Bundan əvvəl isə ofisin işıqları kəsilmişdi. Qurumun ofisindən Rusiyada korrupsiya əleyhinə keçirilən mitinqlər online rejimdə yayımlanırdı.

Korrupsiyaya qarşı Mübarizə Fondununbaş nazir Dmitri Medvedevin əmlakları barədə hazırladığı filmin nümayişindən sonra Rusiyanın onlarla şəhərində etiraz aksiyaları keçirilib.

Müxalifət fəalı Aleksandr Navalny saxlanılandan sonra Twitter mesajında etirazçıları aksiyaları davam etdirməyə çağırıb. O yazır: “Uşaqlar, mən yaxşıyam. Məni azadlığa çıxarmaqla məşğul olmayın. Tverdə yürüşü davam etdirin. Günün əsas mövzusu korrupsiyayla mübarizədir”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *