Diversantlar Ukraynanın ən böyük silah-sursat anbarını partlatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hərbi, Sosial, Video

Diversantlar Ukraynanın ən böyük silah-sursat anbarını partlatdı – VİDEO

Diversantlar Ukraynanın ən böyük silah-sursat anbarını partlatdı

Martın 23-nə keçən gecə Ukraynanın Xarkov vilayətinin Balakley şəhərində hərbi sursat və silah anbarı partladılıb.

Virtualaz.org xəbər verir ki, ölkənin ən iri silah-sursat anbarında baş vermiş yanğın və partlayışlar hələ də davam edir. Hadisə yerinə müdafiə nazirinin müavini İqor Pavlovskinin və Baş qərargahın zabitlərinin iştirakı ilə təcili komissiya gedib.

Yerli telekanallar bildirir ki, anbarda yanğın səhərə yaxın, saat 4 radələrində başlayıb. Ardınca hərbi sursatın detonasiyası baş verib və partlayışlar o qədər güclü olub ki hərbi bazanın bir neçə kilometrliyində yerləşən evlərdə salamat şüşə qalmayıb. Partlayışın dalğası ətraf şəhərlərdə və kəndlərdə hiss olunub, yanğının alovu onlarla kilometr uzaqdan görünür. Əhali yaxınlıqdakı yaşayış məntəqələrini tərk edir, yollarda böyük tıxaclar yaranıb. Balakleya sakinləri şəhərdə bütün evlərin pəncərələrinin sındığını deyir.

Ukrayna hərbi prokurorunun müavini Anatoli Matios bildirib ki, ilkin qənaətə görə yanğına və partlayışa diversiya səbəb olub. O, yanğının başladığı meydançada 125 və 152 millimetrlik tank və artilleriya mərmilərinin saxlanıldığını, ərazisi 368 hektar olan anbarda 138 min ton sursat olduğunu açıqlayıb. Hazırda hərbi bazanın ətrafında 7 kilometrlik təhlükəsizlik zonası yaradılıb. Ölənlər və yaralananlar barədə məlumat daxil olmayıb. Yanğının lokallaşdırılması üçün hadisə yerinə xüsusi texnika göndərilib.







Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *