Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb » AzNews.info -Xəbər portalı

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb – YENİLƏNİB

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.

Ölənlərdən biri polis əməkdaşıdır. Hadisə nəticəsində azı 20 nəfər yaralanıb. Bundan əvvəl 2 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilirdi.

Xatırladaq ki, bu gün naməlum şəxs Vestminster körpüsündə bir neçə nəfəri avtomobillə vurub və daha sonra parlament binasına yaxınlaşaraq polis nəfərini bıçaqlayıb. O, digər polislər tərəfindən atəş açılaraq zərərsizləşdirilib.

21:19

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Bundan əvvəl 1 qadının öldüyü bildirilirdi.

Bu gün Londonun Vestminster körpüsündə və Böyük Britaniya parlamentinin yaxınlığında iki silahlı insident baş verib.

London polisi baş verən hadisəni terror aktı kimi qiymətləndirib.

21:02

Londonda törədilən terror aktı nəticəsində qadın ölüb.

AzNews.info APA-ya istinadən xəbər verir ki, “Press Association” agentliyinin verdiyi məlumata görə, yaralanan bir neçə nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

Bu gün Londonda parlament binası yaxınlığında atışma olub.

London baş verən hadisəni terror aktı kimi qiymətləndirib.

20:11

Bu gün Londonda parlament binası yaxınlığında atışma olub.
AzNews.info-nun məlumatına görə, bu barədə BBC News agentliyi məlumat yayıb.

Ən azı 12 nəfərin yaralandığı bildirilir. Parlament binasına gələn yollar, yaxınlıqdakı metro stansiyası bağlanıb.

Məlumata görə, Vestminster köprüsündə atəş açan London polisi tərəfindən öldürülüb.

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb
Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb
Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *