Telman İsmayılovun ardınca oğlu müflis elan edilir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Telman İsmayılovun ardınca oğlu müflis elan edilir

Telman İsmayılovun ardınca oğlu müflis elan edilir

Telman İsmayılova daha bir zərbə dəydi: oliqarx indi Rusiya bankına 331,4 milyon dollar ödəyəcək.

Belə ki, Moskva şəhərinin Arbitraj məhkəməsi çərşənbə axşamı, martın 21-də “BM-Bank”ın (“VTB Group”un strukturuna daxildir) Telman İsmayılovun “Praqa AST” MMC şirkətinə qarşı 331,4 milyon dollarlıq iddiasını təmin edib.

Bu barədə “İnterfaks” nəşrinin müxbiri məhkəmə zalından məlumat verib.

Məhkəməyə müraciət zamanı iddia üzrə məbləğ 318,6 milyon dollar təşkil edirdi, lakin iclas zamanı məhkəmə bankın vaxtın uzadılması səbəbindən məbləğin 331,4 milyon dollara qədər qaldırılmasına dair vəsatətini təmin edib.

* * *14:45

Moskva arbitraj məhkəməsində azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun müflis elan edilməsi barədə iddia daxil olub.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki məhkəmə iddianı icraata qəbul edib, məhkəmə baxışı aprelin 24-nə təyin olunub.

Bundan əvvəl VTB-Bank tərəfindən qaldırılmış iddia əsasında T.İsmayılovun özü müflis elan edilib və onun milyardlarla dollarlıq kredit əvəzində banklarda girov qoyulmuş əmlakının hərrac yolu ilə satılmasının yolu açılıb. T.İsmayılov həmin bankdan 2012-ci ildə 286 milyon dollar kredit götürüb, bunun əvəzində Moskvadakı məşhur “Praqa” restoranını və digər obyektlərini banka girov qoyub. Lakin kreditləri ödəyə bilmədiyi üçün borcu “şişib”.

Telman İsmayılovun ardınca oğlu müflis elan edilir


Bu arada TVS kanalında araşdırmaçı-jurnalist Andrey Karaulovun T.İsmayılovun müdafiəsinə yönəlmiş sənədli filminin ikinci seriyası efirə gedib. Həmin film Karaulovun “Həqiqət anı” müəllif proqramının internet saytında da yerləşdirilib. Filmdə VTB-Bank T.İsmayılovu qəsdən müflis elan etməkdə və onun əmlakını “su qiymətinə” dəyərləndirib reyder üsulu ilə əlindən almaqda günahlandırılır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *