Levon Ter-Petrosyan: “Azərbaycan və Ermənistan, demək olar ki, razılığa gəliblər” » AzNews.info -Xəbər portalı

Levon Ter-Petrosyan: “Azərbaycan və Ermənistan, demək olar ki, razılığa gəliblər”

Levon Ter-Petrosyan: “Azərbaycan və Ermənistan, demək olar ki, razılığa gəliblər”

“Kim deyir ki, Qarabağ məsələsi həll olunmur? Birbaşa danışıqlar elə onun üçündür ki, tərəflər onları özləri üçün daha sərfəli etməyə çalışırlar – Ermənistan bunun üçün mübarizə aparır, Azərbaycan da, təbii ki, mübarizə aparır. Lakin əvvəlcə fikir ayrılıqları xeyli çox idi, indi isə onların sayı bir-iki məsələ ilə məhdudlaşır”, - bunu İctimai televiziyanın efirindəki “Orakargits durs” (Gündəlikdən kənar) verilişində Ermənistanın birinci prezidenti, EMK-nin lideri Levon Ter-Petrosyan deyib.

Güzəştlərdən danışarkən Levon Ter-Petrosyan qeyd edib ki, əgər Azərbaycan güzəştlərə hazır olmasaydı, ümumiyyətlə, Minsk qrupunun işində iştirak etməzdi.

“Hər iki tərəf güzəştlərə razıdır, lakin hər iki tərəf özü üçün maksimal dərəcədə sərfəli şərtlər əldə etməyə çalışır. Bu təbii prosesdir. Son nəhayətdə, elə bir an çatır ki, tərəflər ya hə deyir, ya yox”, - o bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *