Əli İnsanovun adı ƏFV SİYAHISINDA » AzNews.info -Xəbər portalı

Əli İnsanovun adı ƏFV SİYAHISINDA

Əli İnsanovun adı ƏFV SİYAHISINDA


Ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda əfvlə bağlı müraciətlərə baxılmasına başlanılıb. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Məlumatlara görə, həmin vaxta qədər daha bir neçə iclas keçiriləcək və 800-dən çox müraciətə baxılacaq.

Qeyd edək ki, prezident İlham Əliyevin Pentensiar Xidmətlə bağlı verdiyi son sərəncamda da cəzaların hümanistləşdirilməsi nəzərdə tutulur.

Bəs hazırlanan əfv siyahısında Əli İnsanov, İlqar Məmmədov və digər siyasi məhbusların adı varmı?

AzNews.info Cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, bütün siyasi məhbusların adı əfv siyahısına salınıb:

"Əli İnsanov, İlqar Məmmədov və digər siyasi məhbusların adı əfv siyahısına salınıb. Biz gözləyirik ki, əfv Novruz bayramı ərəfəsində reallaşacaq. Hər-halda müzakirələr davam edəcək və siyahı ölkə rəhbərliyinə təqdim olunacaq. Hansı qərarların veriləcəyini indidən demək çətindir”

Mənbə: Cebhe.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *