Rusiya və İsrail Lapşinin Azərbaycana ekstradisiyasını əngəlləmək üçün birləşdi » AzNews.info -Xəbər portalı

Rusiya və İsrail Lapşinin Azərbaycana ekstradisiyasını əngəlləmək üçün birləşdi

Rusiya və İsrail Lapşinin Azərbaycana ekstradisiyasını əngəlləmək üçün birləşdi

Rusiya və İsrail hər iki ölkənin vətəndaşlığını daşıyan bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasını əngəlləmək üçün səyləri birləşdiriblər.

Virtualaz.org xəbər verir ki, bu barədə “İnterfaks”a situasiya ilə tanış olan mənbə bildirib.

“Belarus tərəfinin Lapşinin təhsil verilməsi barədə qərar qəbul etməsindən sonra Rusiya və İsrail nümayəndələri onun sonrakı taleyinə dair daha intensiv təmaslara keçiblər”-mənbə bildirib.

Mənbə deyib ki, bu məqsədlə iki ölkənin səfirləri “üçüncü ölkələrin ərazilərində” danışıqlar aparıblar. “Söhbət Lapşinin ekstradisiyasını və onun cinayət məsuliyyətinə cəlb olunmasını əngəlləmək üçün səylərin birləşdirilməsindən gedir. Fəaliyyət diplomatik və hüquq-mühafizə orqanları xətti ilə aparılır”-mənbə əlavə edib.

Azərbaycanın işğal altındakı ərazilərinə dəfələrlə səfərlər edən, bu səbəbdən XİN-in “qara siyahısı”ına düşən, ancaq ötən il malik olduğu Ukrayna pasportunda adının “Oleksandr” kimi yazılması sayəsində Azərbaycan sərhədini keçib Gürcüstana gedən Lapşin ötən ilin dekabrında Minskdə saxlanılıb. Belarus Baş prokurorluğu onun Azərbaycana ekstradisiyasına dair qərar verib. Bloqqerin vəkilləri qərardan məhkəməyə şikayət ediblər. Minsk məhkəməsi qərarı qüvvədə saxlayıb, fevralın 4-də yuxarı instansiya qərardan şikayətə baxacaq.

Rusiya Lapşinin Azərbaycana ekstradisiyasına qarşı çıxır. İsrail isə Azərbaycan tərəfi ilə anlaşma əldə edərək onun üzr istəməsi əvəzində təqib olunmasını dayandırmağı xahiş edir. Rəsmi Bakı Lapşinin ekstradisiyasında israrlıdır. Bloqqerin ekstradisiyasını əngəlləmək üçün Belarusa güclü təzyiqlər göstərilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *