Paytaxt sakinlərinin biabırçılığı: Xaçmaz rayonu işğal edilib » AzNews.info -Xəbər portalı

Paytaxt sakinlərinin biabırçılığı: Xaçmaz rayonu işğal edilib – VİDEO

Paytaxt sakinlərinin biabırçılığı: Xaçmaz rayonu işğal edilib


Keçmişindən xəbərsiz olanın, gələcəyi yoxdur!

“Gənclər gələcəyimizdir” ifadəsi dilimizdə əzbərdir, bəs bu “gələcək” keçmişdən nə dərəcədə xəbərdardır? Bakıda keçirilən sorğu, çox təəssüf ki, suallara cavab verən gənclərin tökülən şəhid qanına layiq olmadığını sübut etdi. Tariximizin qanlı səhifələri barədə gülərək danışdığı bir yana, (hesab edək ki, kamera qarşısında həyəcandır), dedikləri heç bir çərçivəyə sığmır.

Son 27 ildə həm KİV, həm də müxtəlif səpgili mədəni tədbirlərdə təbliğat aparılır. Dünyada erməni işğalını, 20 yanvar faciəsini, Xocalı soyqırımının tanınması üçün iş aparılır. Bu kadrlardakı gənclər, ya Azərbaycanda yaşamırlar, ya da ki, təhsil-tədrisdən kənarda qalıblar.

Gələcəyimiz olan gənclərimiz, internet məkan yalnız sosial şəbəkələrdən və əyləncədən ibarət deyil, arada maarifləndirici resurslara da baş çəkin!

Erməni tapdağı altında olan rayonların adını, hər il dincəlməyə getdikləri rayonla səhv salan bu gənclərə yalnız bir şey demək istərdim, unutmayın ki, keçmişindən xəbərsiz olanın, gələcəyi yoxdur!

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək, hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis işçiləri olmuşdur.

1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

AzNews.info “Yeni avaz” internet kanalının Bakıda 20 yanvar hadisələri ilə bağlı apardığı sorğunu təqdim edir:

Mənbə: Yeni avaz
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *