ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır.

"Report" bildirir ki, bu barədə "The Hill" ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokrat Partiyasından olan üzvü Adam Şiffə istinadən məlumat yayıb.

Konqres üzvü bildirib ki, Respublikaçılar və Demokrat partiyalarından olan konqresmenlər Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi təşəbbüsü ilə çıxış ediblər.

"Biz hesab edirik ki, daha çoxunu etmək lazımdır. Düzünü desəm, düşünmürəm ki, həyata keçirilmiş tədbirlər kifayət qədər effekt verə bilsin", - deyə Adam Şiff bildirib.

Şiff vurğulayıb ki, senatorlar Con Makkeyn və Lindsi Qrem sanksiyaların daha güclü paketinin hazırlanması üçün birləşəcəklər.

O, həmçinin əmin olduğunu bildirib ki, əgər ABŞ-ın yeni prezidenti Donald Tramp sələfi Barak Obama tərəfindən qəbul edilmiş sanksiyaları ləğv etməyə çalışsa, Konqresdən daha qətiyyətli tədbirlər gözləmək olar.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *