Ermənistanın biri zabit olmaqla 3 hərbçisi ölüb » AzNews.info -Xəbər portalı

Ermənistanın biri zabit olmaqla 3 hərbçisi ölüb

Ermənistanın biri zabit olmaqla 3 hərbçisi ölüb


Cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Ermənistan ordusunun 3 hərbçisi həlak olub.

AzNews.info Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə nazirinin mətbuat katibi Arsrun Ovanisanyan məlumat verib. O, bildirib ki, hərbçilər Azərbaycan ordusunun həyata keçirdiyi hərbi əməliyyat zamanı ölüblər. Onların 2-si əsgər, digəri isə zabit olub.

Ovannisyanın sözlərinə görə, atışma zamanı bir azərbaycanlı hərbçisi öldürülüb, onun cəsədi Ermənistan tərəfində qalıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Rusiyanın TASS agentliyinə bildirib ki, sərhəddə döyüşlərin getdiyi barədə informasiyaya malik deyil.

“Bu barədə hər hansı rəsmi məlumat yoxdur. Əgər məlumat olsa Müdafiə Nazirliyi rəsmi kanallarla yayacaq”–Dərgahlı bildirib.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *