Atasının qatilini məhkəmə zalında güllələyən adam və ya sadəcə Rövşən Lənkəranski » AzNews.info -Xəbər portalı

Atasının qatilini məhkəmə zalında güllələyən adam və ya sadəcə Rövşən Lənkəranski – VORUN HƏYATI

Atasının qatilini məhkəmə zalında güllələyən adam və ya sadəcə Rövşən Lənkəranski


Xəbər verdiyimiz kimi, məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin bu gecə Türkiyənin İstanbul şəhərində qətlə yetirilib.

"Vor" aləmi haqda anlayışı olmayanlar üçün isə maraqlıdır: Görəsən Rövşən Lənkəranski kim idi?

Azxeber.com Rövşənin avtobioqrafiyasını təqdim edir:

Caniyev Rövşən Rafiq oğlu (Rövşən Lənkəranski). 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəlidir. Lənkəran şəhəri, T.İsmayılov küçəsi 26-da qeydiyyatdadır. Astara Rayon Xalq Məhkəməsinin 15.10.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsi, 97-ci maddəsi il 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Səbail Rayon Məhkəməsinin 04.03.1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Bu dəfə 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 15, 94-cü maddəsi (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Rövşən Caniyev cinayət məsuliyyətindən azad edilib.

2002-ci ildə isə Rövşən Caniyev barəsində olan həmin cinayət işi təzələnib. Lakin Lənkəranski istintaqdan qaçıb gizləndiyinə görə onun barəsində 01.07.2002-ci il tarixdə axtarış elan olunub.
2009-cu il dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub.

2010-cu ildə dövlət ittihamçısı R.Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib və o, azadlığa çıxıb.

Yeri gəlmişkən, Rövşən Canıyev gənc yaşlarında atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib və digər işlərlə yanaşı, məhkəmə qarşısına buna görə də çıxarılıb.

Rusiyada yaşayan Rövşən Lənkəranskinin "Ded Xasan"ın qətlindən sonra Birləşmiş Ərəb Əmirliyinə - Dubaya getdiyi deyilirdi. Amma son illər onun Türkiyənin İstanbul şəhərində yaşadığı bəlli olmuşdu. Onun avtomobilinin nömrəsi 90-ND-011 idi.

Allah rəhmət eləsin.

Mənbə: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *