Əliyev Putini çay süfrəsinə dəvət edib » AzNews.info -Xəbər portalı

Əliyev Putini çay süfrəsinə dəvət edib

Əliyev Putini çay süfrəsinə dəvət edib


Avqustun 8-də axşam saatlarında Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini evinə çay süfrəsinə dəvət edib.

Oxu.Az-ın məlumatına görə, prezidentlər çay süfrəsi arxasında səmimi söhbət ediblər.

Dövlət başçıları söhbət zamanı Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşünün çox uğurla başa çatdığını məmnunluqla qeyd edib, bu tədbirin ölkələrimiz arasında və regionda əməkdaşlığın gücləndirilməsi, əlaqələrin daha da inkişaf etdirilməsi baxımından önəmli rol oynayacağına əminliklərini bildiriblər.

Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan prezidentlər əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *