İlham Əliyev Ərdoğana başsağlığı verib » AzNews.info -Xəbər portalı

İlham Əliyev Ərdoğana başsağlığı verib

İlham Əliyev Ərdoğana başsağlığı verib


Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Oxu.Az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, əziz qardaşım, İstanbulda törədilmiş partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi. Bu amansız terror aktı terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir.

Baş vermiş faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *