Bağla

AzNews.info



Bölmə: Manşet, Siyasət, Sosial

Maliyyə Nazirliyinin məsul şəxsi Samir Şərifov haqqındakı "agent" iddialarına cavab verdi

Maliyyə Nazirliyinin məsul şəxsi Samir Şərifov haqqındakı "agent" iddialarına cavab verdi


Bu gün bəzi yerli mətbuat orqanlarında Ukraynanın “Qordon” agentliyinə istinadla ABŞ-ın maliyyə analitiki kimi təqdim olunan Yuri Şvetsin Azərbaycanın maliyyə naziri Samir Şərifov haqqında verdiyi açıqlamalar əsasında bir sıra yazılar dərc olunub.

Yuri Şvets Samir Şərifovun üç ölkənin - Rusiya, Türkiyə və ABŞ-ın xüsusi xidmət orqanları ilə eyni vaxtda əməkdaşlıq əlaqələrinin olduğunu iddia edib.

AzNews.info xəbər verir ki, APA bu iddialarla bağlı Maliyyə Nazirliyinin də mövqeyini öyrənməyə çalışıb.

Nazirliyin mətbuat katibi Mais Piriyev sorğumuza cavab olaraq bildirib ki, ayrı-ayrı şəxslərin təxribat xarakterli cəfəng iddialarına şərh vermək fikrində deyil:

“Yuri Şvetsin iddialarının nə qədər qeyri-ciddiliyi isə elə ilk baxışdan görünür və istehza doğurur. Elə üç ölkə?! Bəs Mossad, Böyük Britaniyanın, eləcə də başqa ölkələrin xüsusi xidmət orqanları harada qaldı?!”

Mənbə: APA

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *