Dəhşətli təyyarə qəzasında ölənlərin sayı açıqlandı » AzNews.info -Xəbər portalı

Dəhşətli təyyarə qəzasında ölənlərin sayı açıqlandı

Dəhşətli təyyarə qəzasında ölənlərin sayı açıqlandı


Rusiyanın “Life News” agentliyi Misirdə qəzaya uğramış “Koqolımavia” şirkətinə məxsus təyyarənin göyərtəsində olan sərnişinlərin siyahısını əldə edib.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, siyahıda 210 nəfərin adı yer alıb. Onlar arasında azərbaycanlı soyadı yoxdur.

Hadisə ilə bağlı Rusiya Fövqəladə Hallar Nazirliyində “qaynar xətt” yaradılıb.

Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü olub.

Qəza nəticəsində onların hamısının öldüyü bildirilir.

Qeyd edək ki, Rusiyanın “Koqalımavia” şirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsi bu gün Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçurmuş.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *