Elçin Əfəndiyev Türkiyədə mükafatlandırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Ədəbiyyat, Foto

Elçin Əfəndiyev Türkiyədə mükafatlandırıldı – FOTO

Elçin Əfəndiyev Türkiyədə mükafatlandırıldı


Azərbaycanın xalq yazıçısı Elçin Əfəndiyevin “Şekspir” əsəri əsasında səhnələşdirilmiş eyni adlı tamaşa Taksim-Bebek Rotary Klubu tərəfindən üçüncü Rotary teatr mükafatına layiq görülüb. Bu, əməkdar incəsənət xadimi Məlahət Abbasovanın səhnə tərtibatı ilə quruluş verilən tamaşanın layiq görüldüyü sayca 10-cu mükafatdır.

Klubun qərarı ilə Məlahət Abbasova “İlin ən yaxşı rejissoru”, tamaşada tibb bacısı rolunu ifa edən aktrisa Ezgim Kılınç isə “İlin ən yaxşı köməkçi qadın aktrisası” nominasiyalarında mükafatlara layiq görülüblər. Tamaşa yüksək səhnə dekorasiyasına görə də üç müxtəlif teatr mükafatı ilə təltif olunub.

Xatırladaq ki, “Şekspir”in Türkiyədə səhnələşdirilməsi əsəri qardaş ölkədə böyük sürətlə tanıdıb. Tamaşa İstanbulun ən mötəbər teatr səhnələrində maraqla oynanılmaqda və baxılmaqdadır. Təkcə ötən il tamaşada oynayan 5 aktyor “İlin ən yaxşı aktyoru” mükafatına sahib olub. Tamaşanın musiqilərinin müəllifi Aygün Səmədzadədir.

Elçin Əfəndiyev Türkiyədə mükafatlandırıldı

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *