"Gənc turizmçilərin tədqiqatlara təşviqi" » AzNews.info -Xəbər portalı

"Gənc turizmçilərin tədqiqatlara təşviqi" – FOTO

"Gənc turizmçilərin tədqiqatlara təşviqi"


Bugün Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsi çərçivəsində dəstəklənən "Gənc turizmçilərin tədqiqatlara təşviqi" layihəsi keçirilmişdir.

AzNews.info xəbər verir ki, tədbirin açılış nitqini layihə rəhbəri Bakı Dövlət Universitetinin müəllimi Sənan Yusifov, Nərimanov Rayon İcra Hakimiyyəti Gənclər İdman İdarəsinin nümayəndəsi, ATMU Gənclər Təşkilatının sədri olan Ağamir Ağamirov və Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi, layihə eksperti Səbuhi Aslanov etmişdir. Layihə çərçivəsində iştirakçılara seçilmiş universitet tələbələrinin elmi tezisləri əks olunan kitabçalar paylanmışdır. Qeyd edək ki, layihənin məqsədi Azərbaycan Turizm və Menecment Universitetinin menecment, marketinq və digər ixtisaslardan olan tələbələrin araşdırma tezislərini yayımlayaraq onları akademik tədqiqatlara həvəsləndirmək, digər tələbə gəncləri də bu prosesə təşviq etmək olmuşdur. Araşdırma tezisləri dərc olunan tələbələr xüsusilə seçilmişdir. Dərslərdə aktiv iştirakı, bilik və bacarıqları seçim meyarları olaraq götürülmüşdür. Layihə iştirakçılarından Çingiz Piriyev və Aynur Abbasova elmi tezisləri ətrafında şərhlər vermiş, apardığı tədqiqatın əhəmiyyətini vurğulamışdır.
Belə ki, tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin bakalvr və magistr dərəcələrində Menecment və Marketinq ixtisaslarında təhsil alan 20 nəfər gənc iştirak etmişdir.

"Gənc turizmçilərin tədqiqatlara təşviqi"
"Gənc turizmçilərin tədqiqatlara təşviqi"

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *