Bakıda BMW satılacaq » AzNews.info -Xəbər portalı

Bakıda BMW satılacaq

Bakıda BMW satılacaq


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyulun 28-də hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Oxu.Az xəbər verir ki, qeyd olunan tarixdə keçiriləcək hərraca ümumilikdə 19 avtomobil çıxarılacaq.

Hərracda iki ədəd 2004-cü il istehsalı olan VAZ-21213, 1343 manata, 2004-cü il istehsalı olan VAZ-21074, 1280 manata auksiona çıxarılacaq.

Bundan əlavə, qeyd edək ki, 6 ədəd müxtəlif markalı QAZ markalı avtomobildə hərracda yer alacaq.

2001, 2005-ci il istehsalı olan Tofaş Şahin müvafiq olaraq 1461, 2036 manata(start qiyməti) alıcılara təklif olunacaq.

2003-cü il istehsalı olan iki ədəd Nissan Maxima 3300, 3228 manata hərraca çıxarılacaq.

Onu da əlavə edək ki, hərracda 2 ədəd 2006-ci il istehsal olan BMW 320i markalı avtomobil də satışa çıxarılacaq.

"Qiyməti isə cəmi 6103 manatdır".

Auksionda ən köhnə avtomobil isə 1987-ci il istehsalı olan URAL 43202 ş-də KS-25732 -dir.

Xatırladaq ki, 2004-cü il istehsalı olan VAZ-21074 isə 1294 manata təkrar hərraca çıxarılacaq.

Məlumat üçün bildirək ki, hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *