TASS: I Avropa Oyunlarının açılış və bağlanış mərasiminə 100 milyondan az xərclənib » AzNews.info -Xəbər portalı

TASS: I Avropa Oyunlarının açılış və bağlanış mərasiminə 100 milyondan az xərclənib

TASS: I Avropa Oyunlarının açılış və bağlanış mərasiminə 100 milyondan az xərclənib


I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin xərci 100 milyon manatdan az (95 milyon dollar) məbləğdə qiymətləndirilir.

AzNews.info-nun Trend-ə istinadən məlumatına əsasən, bu barədə TASS agentliyi Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimova istinadən xəbər verir.

Xatırladaq ki, əvvəl bəzi mətbuat orqanları TASS-a istinadən açılış və bağlanış mərasimlərinə təqribən 240 milyon manat (229 milyon dollar) vəsaitin xərclənməsi barədə məlumat yaymışdı.

TASS-ın məlumatına əsasən, A.Rəhimov bildirib ki, açılış və bağlanış mərasimlərinə büdcədən əlavə məbləğ tələb olunmayıb və xərclər 100 milyon manatdan (95 milyon dollar) az olub.
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *