Dünyadakı milyonçuların sayı açıqlandı » AzNews.info -Xəbər portalı

Dünyadakı milyonçuların sayı açıqlandı

Dünyadakı milyonçuların sayı açıqlandı


2014-cü ildə dünyada milyonçuların sayı təxminən bir milyon nəfər artıb.

"Report" xəbər verir ki, bu haqda "RBC Wealth Management" və "Capgemini" şirkətlərinin "Dünya varlıları 2015" hesabatında bildirilib.

Məlumata görə, 2014-cü ildə sərvəti bir milyon dolları aşanların sayı 920 min nəfər artıb.

Beləliklə, dünyadakı milyonçuların sayı 14,6 milyon nəfərə - rekord həddə çatıb.

Yeni milyonçuların 346 min nəfəri ABŞ vətəndaşıdır. Milyonçularının sayı 4 milyon 351 nəfər olan ABŞ dünya üzrə varlılar siyahısına başçılıq edir.

Ondan sonrakı yerlərdə 2 milyon 452 min milyonçu ilə Yaponiya, bir milyon 141 minlə Almaniya gəlir. Milyonçularının sayı ötən il 17% artan Çin isə bu sıralamada 4-cü yerdədir.

Dünyadakı milyonçuların 60 faizi bu dörd dövlətin payına düşür.

Ötən il Braziliya, Meksika, Rusiya və Hollandiyada isə milyonçuların sayı azalıb. Türkiyə bu siyahıda ilk 25 dövlətin sırasına düşə bilməyib.

Hindistanda isə milyonçuların sayı 2013-cü illə müqayisədə 2014-cü ildə 26% artıb.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *