Dünyanın ən varlı insanları - REYTİNQ » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Dünyanın ən varlı insanları - REYTİNQ

Dünyanın ən varlı insanları - REYTİNQ


Siyahıda azərbaycanlı milyarder də var. Bloomberg agentliyi dünyanın ən zəngin insanlarının reytinqini dərc edib.

AzNews.info oxu.az-a istinadən xəbər verir ki, ilk yüzlüyə yeddi Rusiya sahibkarı daxil olub.

Ən böyük sərvətə malik rusiyalıların üçlüyü belədir: Vladimir Potanin (sərvəti 15,8 milyard dollar), Viktor Vekselberq (15,5 milyard dollar) və Aleksey Mordaşov (14,5 milyard dollar). Ölkənin ən zəngin adamları Bloomberg-in qlobal reytinqində 55-ci, 57-ci və 68-ci yerləri tutublar.

Onlardan başqa ilk yüzlüyə Alişer Usmanov (14,2 milyard dollar), Leonid Mixelson (13,8 milyard dollar), Mixail Fridman (13,4 milyard dollar) və Roman Abramoviç (12,4 milyard dollar) daxildir.

“LUKOİL”un prezidenti, əslən azərbaycanlı olan Vahid Ələkbərov 9,4 milyard dollar sərvət ilə siyahının 143-cü pilləsindədir.

Siyahının birinci pilləsində Microsoft şirkətinin təsisçisi, 85,5 miyard dollar sərvət olan Bill Geytsdir. Reytinqin ikincisi ispan milyarderi Amansio Orteqadır (71,5 milyard dollar). Liderlərin üçlüyünü Uorren Baffet (70,2 milyard dollar) tamamlayır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *