“Azərişıq”ın Nizamnaməsi və strukturu təsdiqlənib » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Azərişıq”ın Nizamnaməsi və strukturu təsdiqlənib

“Azərişıq”ın Nizamnaməsi və strukturu təsdiqlənib


Nazirlər Kabineti “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə qərar qəbul edib.

Oxu.Az-ın məlumatına görə, təsdiqlənən Nizamnaməyə əsasən “Azərişıq”ın əsas məqsədləri Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdən, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir.

Aidiyyəti üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunmasının təmin edilməsi və ona riayət edilməsinə nəzarət olunması “Azərişıq”ın fəaliyyət istiqamətləri sırasına daxildir. Cəmiyyət xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə tələb olunan fəaliyyət növü ilə yalnız belə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə aldıqdan sonra məşğul ola bilər. “Azərişıq”ın nizamnamə kapitalı 623 milyon 533 min 532 manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 2 manat olan 311 milyon 766 min 766 ədəd sənədsiz adi adlı səhmdən ibarətdir. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır. İdarə Heyətinin işinə Cəmiyyətin sədri rəhbərlik edir.Cəmiyyətin sədri “Azərişıq”ın fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, sədr müavinlərinin vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir, sədr müavinləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir, Cəmiyyətin işçilərinin say həddini, ştat cədvəlini, əməkhaqqı sistemini və xərclər smetasını təsdiq edir. “Azərişıq”ın sədri vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, dövlətin və Cəmiyyətin maraqlarına sadiq olmağa və bu maraqları öz maraqlarından üstün tutmağa və ehtiyatlı olmağa borcludur və bu vəzifələrin lazımi qaydada yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. “Azərişıq”ın yenidən təşkili və ləğvi barədə qərarlar Azərbaycan Respublikasının prezidenti tərəfindən qəbul edilir.

“Azərişıq”ın strukturuna isə “Azərişıq” ASC-nin Aparatı, “Azərişıq”-ın tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr) - Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsi (Bakı) - Bakı şəhərinin enerji təchizatı və satışı idarələri, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi və Qobustan Rayon Elektrik Şəbəkəsi, Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi (Sumqayıt) - Sumqayıt, Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayon elektrik şəbəkələri, Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (Qəbələ) - Qəbələ, Şamaxı, İsmayıllı, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon elektrik şəbəkələri, Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (Gəncə) - Gəncə, Göygöl, Samux, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Qazax və Ağstafa rayon elektrik şəbəkələri, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (İmişli) - İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağdam, Zərdab, Kürdəmir, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (Mingəçevir) - Mingəçevir, Goranboy, Naftalan, Tərtər, Bərdə, Yevlax, Ağdaş, Ucar, Göyçay və Ağsu rayon elektrik şəbəkələri, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) - Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik və Astara rayon elektrik şəbəkələri daxildir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *