Azərbaycan iqtisadiyyatına 200 mlrd. investisiya qoyulub » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycan iqtisadiyyatına 200 mlrd. investisiya qoyulub

Azərbaycan iqtisadiyyatına 200 mlrd. investisiya qoyulub


“Azərbaycanda investorların hüquqları etibarlı şəkildə qorunur, inzibati prosedurlar sadələşdirilir. Bununla yanaşı, şəffaf mexanizmlər tətbiq edilir”.

ANS PRESS-in məlumatına görə, bunu iqtisadiyyat və saənaye naziri Şahin Mustafayev “Azərbaycan 2020-ci il: Qabaqcıl və Çoxşaxəli İqtisadiyyata doğru" adlı forumda çıxışında deyib.

Nazir bildirib ki, dövlət idarəetmə sistemində, məhkəmə və hüquq, korrupsiyaya qarşı mübarizə sahəsində ciddi islahatlar aparılır: “Azərbaycan iqtisadiyyatına indiyə kimi 200 mlrd. dollar investisiya qoyulub ki, bunun da təxminən yarısı xarici ölkələrin payına düşür. Ötən il investisiya qoyuluşu 27,7 mlrd. dollar təşkil edib. Bu vəsaitin 11,5 mlrd. dolları xarici investisiya olub. Dövlətin dəstəyi nəticəsində ölkədə orta sahibkarlıq təbəqəsi formalaşıb. ÜDM-də özəl sektorun payı 82%-ə çatıb.

Nazir Şahin Mustafayev vurğulayıb ki, Trans-milli enerji layihələrimiz Avropanın enerji təhlükəsizliyi sahəsi üzrə mühüm rol oynayır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *