Təhsil Nazirliyinin dəstəyi ilə növbəti seminar Qaxda baş tutdu » AzNews.info -Xəbər portalı

Təhsil Nazirliyinin dəstəyi ilə növbəti seminar Qaxda baş tutdu – FOTO

Təhsil Nazirliyinin dəstəyi ilə növbəti seminar Qaxda baş tutdu


Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Gənc Marketoloq – Reklamçılar” İctimai Birliyinin “Beynəlxalq təcrübədən istifadə edərək Şəki-Zaqatala regionu üzrə yuxarı sinif şagirdlərinə sahibkarlığın mahiyyəti, məqsədi və vəzifələri haqqında elmi-metodiki biliklərin verilməsi” adlı layihəsi çərçivəsində növbəti tədbirini Qax rayonunda həyata keçirib.

AzNews.info xəbər verir ki, tədbirdə Qax rayonu İcra Hakimiyyətinin “İctimai siyasi və humanitar məsələlər” şöbəsinin baş məsləhətçisi Nəzirməhəmməd Nəsirov, məktəb müəllimləri və 30-dan çox şagird iştirak edib.
Tədbiri giriş sözü ilə Qax rayonu İcra Hakimiyyətinin “İctimai siyasi və humanitar məsələlər” şöbəsinin baş məsləhətçisi Nəzirməhəmməd Nəsirov açaraq təlimin mahiyyəti barədə şagirdlərə geniş məlumat verib.
Layihənin rəhbəri Hafiz Əzəmmədov və təlimçi Səbuhi Aslanov isə şagirdlərə sahibkarlıq anlayışından, sahibkarlığın mahiyyəti, məqsədi və vəzifələrindən, sahibkarlıq fəaliyyətinin təşkilində biznes-planın rolundan bəhs etmişlər.
Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində nəşr edilmiş kitab, üzərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və “Azərbaycan Gənc Marketoloq – Reklamçılar” İctimai Birliyinin loqoları əks olunmuş qələmlər paylanılıb və xatirə şəkli çəkilib.


Təhsil Nazirliyinin dəstəyi ilə növbəti seminar Qaxda baş tutdu
Təhsil Nazirliyinin dəstəyi ilə növbəti seminar Qaxda baş tutdu
Təhsil Nazirliyinin dəstəyi ilə növbəti seminar Qaxda baş tutdu
Təhsil Nazirliyinin dəstəyi ilə növbəti seminar Qaxda baş tutdu
Təhsil Nazirliyinin dəstəyi ilə növbəti seminar Qaxda baş tutdu

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *