Bakı bulvarının yeni salınan hissəsində möhtəşəm işlər » AzNews.info -Xəbər portalı

Bakı bulvarının yeni salınan hissəsində möhtəşəm işlər – FOTO

Bakı bulvarının yeni salınan hissəsində möhtəşəm işlər


Bakı bulvarının yeni salınan hissəsində, Bayıl qəsəbəsi ərazisində inşa olunan Su İdmanı Sarayının ətrafında geniş abadlıq işləri görülür.

AzNews.info xəbər verir ki, Lent.az-ın məlumatına görə, artıq ərazidə xeyli yaşıllıq sahələri salınıb.

Bundan başqa yol infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı layihələr həyata keçirilir.

Qeyd edək ki, Su İdmanı Sarayının inşası üçün 6 hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 46 min kvadratmetr olan saray ən müasir standartlar səviyyəsində tikilib və Beynəlxalq Üzgüçülük Federasiyanın tələblərinə tam cavab verir. Sarayda üç üzgüçülük hovuzu tikilib.

Uzunluğu 50, eni 25, dərinliyi 3 metr olacaq hovuz yarışlar üçün nəzərdə tutulub. İkinci hovuzda isə məşqlər keçiriləcək. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20, dərinliyi isə 6 metrdir. Bundan başqa, sarayda fitnes zalları, restoran, konfrans zalı, ofislər, soyunub-geyinmə otaqları və digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcək. Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 avtomobil yerlik yerüstü dayanacaq olacaq. Sarayda keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcək. Su İdmanı Sarayı paytaxt Bakının ümumi görünüşünə əlavə yaraşıq verəcək.

İdman sarayının ətrafı abadlıq işlərindən sonra belə olacaq.

Bakı bulvarının yeni salınan hissəsində möhtəşəm işlər
Bakı bulvarının yeni salınan hissəsində möhtəşəm işlər
Bakı bulvarının yeni salınan hissəsində möhtəşəm işlər
Bakı bulvarının yeni salınan hissəsində möhtəşəm işlər
Bakı bulvarının yeni salınan hissəsində möhtəşəm işlər

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *