“Mothercare” də piştaxtada bir, kassada isə digər qiymətlə mal satır? » AzNews.info -Xəbər portalı

“Mothercare” də piştaxtada bir, kassada isə digər qiymətlə mal satır? – FOTO

“Mothercare” də piştaxtada bir, kassada isə digər qiymətlə mal satır?


Azərbaycanda daha bir mağazada fərqli qiymətlərlə mal satılması halı qeydə alınıb.

Oxu.Az xəbər verir ki, Facebook sosial şəbəkəsində uşaq geyimlərinin satışı ilə məşğul olan “Mothercare” mağazalar şəbəkəsinə aid çek yerləşdirilib.

M.Ə. Rəsulzadə küçəsində (“Torqovaya” – red.) yerləşən “Mothercare” mağazasında alınmış “Cupcake cutesises mini” adlı uşaq oyuncağının qiyməti piştaxtada 15 manat göstərilsə də, kassada həmin oyuncaq çekə 19 manat qiymətlə vurulub.

Öz növbəmizdə qeyd edək ki, qiymətlərin bu şəkildə bahalaşdırılması əslində başa düşülən deyil və sadəcə mağazanın öz müştərisinə kələk gəlməsi kimi başa düşülə bilər. Belə ki, piştaxtada bir, kassada başqa qiymət təqdim etmək məsələsini başqa cür izah etmək mümkün deyil.

Xatırladaq ki, bundan əvvəl müştərilər “Bazar Store” supermarketlər şəbəkəsində analoji hal ilə qarşılaşmışdılar.

“Mothecare”nin fərqli qiymətlərini əks etdirən çeki təqdim edirik.

“Mothercare” də piştaxtada bir, kassada isə digər qiymətlə mal satır?

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *