Bakıda 430 min dollarlıq “Rolls-Royce” satılıb » AzNews.info -Xəbər portalı

Bakıda 430 min dollarlıq “Rolls-Royce” satılıb – FOTO

Bakıda 430 min dollarlıq “Rolls-Royce” satılıb


Bakıda premium sinfinə aid olan iki ədəd “Rolls-Royce” markalı avtomobil satılıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, satılan avtomobillərdən biri “Rolls-Royce Ghost”, digəri isə “Rolls-Royce Wraith”dir.

“Rolls-Royce Wraith” markalı avtomobilin qiyməti komplektasiyasından asılı olaraq, 435 min manatdan (414 min. dollar) başlayır.

Bakıda 430 min dollarlıq “Rolls-Royce” satılıb
Bakıda 430 min dollarlıq “Rolls-Royce” satılıb


Digər satılan avtomobil isə 6,7 litr mühərrikə malik əfsanəvi “Rolls-Royce Ghost” modelidir. “RR Ghost”un qiyməti komplektasiyasından asılı olaraq 455 min manatdan (430 min dollar) başlayır.

Bakıda 430 min dollarlıq “Rolls-Royce” satılıb
Bakıda 430 min dollarlıq “Rolls-Royce” satılıb


Öz növbəsində “Rolls-Royce” avtomobillərinin Azərbaycandakı rəsmi distirbüteri olan “İmprotex Motors” MMC-dən Oxu.Az-a məsələ ilə bağlı bildiriblər ki, bu (avtomobillərin satılması) konfidensial informasiyadır və şirkət heç bir şərh vermir.

Xatırladaq ki, Qafqazda ilk “Rolls-Royce” salonu Bakıda, ötən ilin oktyabrında açılıb.

Yeni açılmış salonda “Rolls-Royce”un 3 ən prestijli modeli (“Rolls-Royce Wraith”, “RR Phantom” və “RR Ghost”) təqdim olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *