Hansı banklar istehlak krediti verir? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Hansı banklar istehlak krediti verir? – ŞƏRTLƏR, TƏLƏBLƏR

Hansı banklar istehlak krediti verir?

Azərbaycan banklarının bir hissəsi istehlak kreditlərini dayandırıb.

Oxu.Az xəbər verir ki, FED.az-ın araşdırmasına görə, ölkədə fəaliyyət göstərən 31 bankdan 7-si istehlak kreditini, ümumiyyətlə, vermir, 4 bank isə yalnız müştərilərinə (yəni maaşını bu bankdan alanlara) kredit verir.

“Access Bank” – azı 6 ay işləməlisən

Müştərinin bankdan istehlak krediti götürə bilməsi üçün 200 manat rəsmi əməkhaqqı tələb olunur. 500 manatdan 2 000 manatadək verilən istehlak krediti, 6 aydan 24 ayadək rəsmiləşdirilir. İllik 29%-lə rəsmiləşdirilən kreditdən 1%-də komissiya haqqı tutulur. Məbləğdən və müddətdən aslı olaraq zamin tələb oluna bilər ki, bunu da filialda kredit mütəxəssisi təyin edir.

Bankdan kredit əldə etmək istəyən müştəri, şəxsiyyət vəsiqəsi, gəlirləri təsdiq edən sənəd kimi iş yerindən arayış və ya əməkhaqqı kartın son 6 ayın çıxarışını təqdim etməlidir. Həmçinin Elektron Hökumət portalında əməkhaqqına da baxıla bilər.

Zamin isə şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və ya əmək haqqı kartın son 6 ayın çıxarışı sənədləri ilə kredit götürən şəxsə zamin dura bilər.
Bankdan qeyd olunub ki, müştəri haqqında məlumatın təhlili zamanı Bank əlavə sənəd tələb edə bilər və şərtlərdə dəyişikliklər oluna bilər.

“AFB Bank” – özəl sektoru sevmir

Burada istehlak krediti almaq üçün minimal maaş təyin olunmur. 500-10 000 manata arası istehlak krediti verən bank, qeyri müştəriyə 12 ay, maaşını AFB bankdan alanlara isə 24 ayadək krediti rəsmiləşdirir.

Bank faiz dərəcələrinə də fərdi yanaşır. Belə ki, bankdan maaş alanlara 26%, dövlət strukturlarına 28%, özəl sektora isə 30% tətbiq olunur. Bank 500-5 000 manat arası 1 zamin, 5 000 – 10 000 manat arası isə 2 zamin tələb edir.

Zamin və kredit götürən şəxs şəxsiyyət vəsiqəsi, iş yerindən arayış Elektron Hökumət və ya maaş aldığı bankdan çıxarış. Bankdan qeyd olunub ki, kredit götürən şəxs son iş yerində ən az 6 ay çalışmalıdır.

“AGBank”

Bankda istehlak krediti verilmir.

“Amrahbank”

Bankda istehlak krediti verilmir.

“Azərbaycan Beynəlxalq Bankı” – suyu “üfürərək” içir

Qeyri-müştərilərə istehlak krediti vermir.

“Azərbaycan Sənaye Bankı” – dostunla gəlməlisən

Bankdan istehlak krediti əldə etmək üçün müştəri ən az halda 250 manat rəsmi maaş almalıdır. Bankın plastik kartı vasitəsilə maaş almayan şəxslərə ancaq “Extra kart” verilir.

Kartdakı məbləğin ən az olması müştərinin öz seçimi olsa da, ən çox halda maaşın 3 misli qədər karta məbləğ köçürülür.

3 illik verilən kart 27% lə rəsmiləşdirilsə də, bu faiz güzəşt müddətinə görə dəyişir. Bundan başqa kartı əldə etmək üçün şəxsiyyət vəsiqəsi, iş yerindən arayış olmalıdır və eyni sənədlərə sahib 1 nəfər zamin göstərilməlidir.

Qeyd edək ki, kart üçün xidmət haqqı 15-50 manat olamaqla kartın növünə görə dəyişir.

“Bank Avrasiya” – maaşın 300 manatdan azdırsa, gəlmə

Bankdan kredit almaq üçün ən az 300 manat rəsmi maaş almaq lazımdır. 500 manatdan 5 000 manata kimi verilən kredit 25%-30% arasında rəsmiləşdirilir. Sadəcə 12 ay müddətinə istehlak krediti verən bankın illik faizləri kredit komitəsinin qərarına əsasən dəyişir.

Kredit əldə etmək istəyən müştəri şəxsiyyət vəsiqəsi, iş yerindən arayış, son bir ildə maaş kartından (bankdan) çıxarış və eyni şərtlərlə1 nəfər zaminlə bank filiallarına müraciət etməlidir.

“Bank BTB” – ən bahalı krediti təqaüdçülərə verir

“Bank BTB” Bankdan kredit almaq üçün maaş məhdudiyyəti olmasa da, yaşayış minimumdan yüksək olarsa, kredit işinə baxıla bilir. 300 manatdan 5 min manatadək verilən istehlak krediti, 3 aydan 6 aya qədər müddətdə rəsmiləşdirilir.

Bankda illik faiz dərəcələri də müxtəlifdir. Belə ki, “A” kateqoriyalı müəssisələrin əməkdaşları, habelə dövlət və ya özəl müəssisələrdə çalışan 1-ci (rəhbərlik), 2-ci (rəhbərliyin birbaşa tabeçiliyində olan) şəxslər, departament və şöbə rəhbərləri: 29% və müsbət kredit tarixçəli müştərilər: 29%-lə istehlak krediti əldə edə bilir. Dövlət müəssisələrinin əməkdaşları üzrə 30%, özəl müəssisələrin əməkdaşları üzrə 31%, minimum, 400 AZN təqaüd alan təqaüdçülər (yalnız yaşa və xidmət illərinə görə təqaüdə çıxanlar) üzrə 32% təşkil edir.

Qeyd edək ki, kreditin məbləği 2000 AZN dən yuxarı olduqda 1 zamin tələb edilir.

“Bank Melli İran Bakı filialı” – azı 1000 manat götürməlisən

200 manat rəsmi maaş alan şəxslər bankdan istehlak krediti əldə edə bilər. Ən az halda 1 000 manat kredit verilsə də müştərinin maaşına baxılaraq yüksək məbləğlərdə də kredit verilə bilər. Bank istehlak kreditini 6 aydan 36 ayadək rəsmiləşdirə bilir. 18%-26% arası illik faiz dərəci tətbiq edən bank, kreditin müddətinə, müştərinin əmək haqqına, aldığı istehlak kreditinin valyutasına və təminatına görə faiz tətbiq edir. Bank, kredit əldə etmək istəyən müştərilərdən şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb edir.

Həmçinin eyni sənədlərlə 2 000 manata kimi 1 zamin, 5 000 manata kimi 2 zamin tələb edir.

“Bank of Baku” – son 6 ayın maaşını yoxlayır

Bankdan kredit əldə etmək istəyən müştərilər ən az halda 185 manat rəsmi maaş almalıdır.

300 manatdan 10 000 manatdək istehlak krediti verən bank, krediti 3-36 aya kimi rəsmiləşdirə bilir. Əmək haqqı və kredit tarixçəsinə görə illik faiz dərəcələri 26%-32% arası dəyişir. Bundan başqa bank 2 000 manatdan yuxarı məbləğdə istehlak krediti alan müştəridən zamin tələb edir. Zaminin sayını isə filialda kredit mütəxəssisi təyin edir.

Bankdan qeyd olunub ki, kredit almaq istəyən müştəri şəxsiyyət vəsiqəsi, iş yerindan arayış və ya maaş kartından son 6 ayın çıxarışı ilə banka müraciət etməlidir.

“Günay Bank”

İstehlak krediti vermir.

“Muğanbank”

İstehlak krediti verilmir.

“Naxçıvanbank” - ən ucuz krediti verir

20 000 manatadək istehlak krediti verən bank, krediti 3 aydan 18 ayadək rəsmiləşdirir. İstehlak krediti 17-18% arasında verilir. Ətraflı məlumat üçün bankla əlaqə saxlağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

“NBCBank” – 5 min manata qədər 1 zamin lazımdır

Bankın tələb etdiyi minimal əməkhaqqı 155 manatdır və əsasən Maliyyə Bazarına Nəzarət Palatasının düsturu üzrə hesablanır. Minimum kredit məbləği müştərinin istəyinə bağlıdır, maksimum isə 10 000 manatadək girovsuz, 500 000 manatadək daşınan və ya daşınmaz əmlak girovu ilə kredit verilir.

Minimal müddət müştərinin istəyinə görədir, maksimal kredit müddəti 60 aydır.

Kampaniya olan dövrdə minimal 21% maksimal kredit faizi isə 32 % təşkil edir.

Faizlərin aşağı və ya yuxarı olması müddətə görə dəyişir, kreditin verilmə müddəti nə qədər uzundursa illik % (faizi) də ona görə yüksəlir.
2500 manata qədər zaminsiz, 2500-5000 qədər 1(bir) zamin, 5000-10 000 qədər 2 zamin tələb olunur. 10 000 yuxarı girovla yanaşı zamin də tələb oluna bilər. Kampaniya olmayan dövrdə nəğd pul kreditinin illik faizi minimal 29 % maksimal 32 % təşkil edir. Kredit götürmək üçün iş yerindən arayış və ya bankdan son 6 ayın maaş haqqında çıxarışı və şəxsiyyət vəsiqəsi tələb olunur. Eyni sənədlər zamin üçün də keçərlidir.

“TuranBank” – toya getmək üçün də kredit verir

Bank müştərinin əmək haqqında limit tətbiq etmir.

Minimum kredit məbləği 100 manat, maksimum isə 5 000 manatdır. Minimal müddət 3 ay, maksimal kredit müddəti isə 18 aydır. İstehlak krediti illik 29% tətbiq edilir.

2 000 manatadək 1(bir) zamin, 5 000 manatadək isə 2(iki) zamin tələb edilir. Kredit əldə etmək üçün şəxsiyyət vəsiqəsi, iş yerindən arayış tələb olunur. Eyni sənədlər zamin üçün də keçərlidir.

“Unibank” – 1-ci qrup əlillərdən sağlam zamin tələb edir

Bank istehlak krediti verdiyi müştərinin ən az halda 100 manat əmək haqqı almasını tələb edir. Minimum kredit məbləği 300 manat, maksimum isə 15 000 manatdır. Minimal müddət 3 ay, maksimal müddət isə 36 aydır. İstehlak krediti minimal 23%, maksimal kredit faizi isə 33% edir.

Faizlərin aşağı və ya yuxarı olması məbləğə görə dəyişir, kreditin məbləği nə qədər uzundursa illik % (faizi) də ona görə yüksəlir.

Zamin sadəcə Müddətdən Artıq Xidmət Edən (Maxe) və 1-ci qrup əlillərdən tələb edilir.

Bankdan qeyd olunu ki, maxelərin zamini maxe, 1-ci qrup əlillərin zamini isə əlil olmamalıdır. Kredit əldə etmək üçün şəxsiyyət vəsiqəsi, iş yerindən arayış ya da bankdan son 6 ayın maaş haqqında çıxarışı tələb edilir. Eyni şərtlər zamin üçün də keçərlidir.

“Yapı Kredi Bank Azərbaycan” – müştərilərdən “küsüb”

İstehlak krediti verilmir.

“Ziraat Bank Azerbaycan”

Məlumat verilmir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


usa online bingo casinos
<a href="http://onlineroulette.space/#">roulette free play</a>
online casinos that accept american express gift cards
roulette game
online roulette money
<a href="http://online-casino.party/#">casino games</a>
bonus casino slot
one casino
blackjack 2 downloads
<a href="http://online-slots.party/#">free online slots</a>
gambling sites with click 2 pay
free slots
best real money online casino

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *