Vergilər Nazirliyində kadr dəyişikliyi: Onlar işdən azad edildi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Vergilər Nazirliyində kadr dəyişikliyi: Onlar işdən azad edildi

Vergilər Nazirliyində kadr dəyişikliyi: Onlar işdən azad edildi


Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib.

Oxu.Az xəbər verir ki, nazirliyin departament rəhbəri və onun müavini vəzifədən azad ediliblər.

Məlumatda deyilir ki, nazir Fazil Məmmədovun əmri ilə Nazirliyin Daxili təhlükəsizlik Departamentinin baş direktoru Vüqar İsmət oğlu İsmayılov və onun müavini Nəsimi Əsgər oğlu Cəfərov vəzifəsindən azad edilib.

Adıçəkilən departamentə rəhbər təyinatı hələ yoxdur.

N.Cəfərov isə Əlaqələndirmə Departamentinin baş direktoruna müavin təyin edilib. Xatırladaq ki, N.Cəfərov bundan öncə Vergilər Nazirliyi yanında Lokal gəlirlər Departamentinə rəhbərlik edib.

Vergilər Nazirliyinin Daxili təhlükəsizlik Departamentinə rəhbərlik müvəqqəti olaraq Cavanşir Nuriyevə həvalə edilib. O, bundan əvvəl nazirliyin Hüquq Departamentinin baş direktor müavini vəzifəsində çalışıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *