Məşhur futbol klubu satışa çıxarıldı » AzNews.info -Xəbər portalı

Məşhur futbol klubu satışa çıxarıldı

Məşhur futbol klubu satışa çıxarıldı


İtaliyanın köklü komandalarından olan “Fiorentina” satışa çıxarılıb.

AzNews.info APA-ya istinadən xəbər verir ki, buna səbəb klub rəhbərliyi ilə azarkeşlər arasında yaşanan gərginlik olub.

Belə ki, Florensiya təmsilçisinin fanatları klubun sahibləri olan Della Valle qardaşlarının lazımi qədər vəsait ayırmadıqlarını düşünür. Komanda son illər A seriyasında ilk “beşliy”ə girməsinə baxmayaraq, azarkeşlərin narazılığından bezən Della Valle qardaşları klubu satışa çıxarmaq qərarına gəlib.

Rəsmi sayt vasitəsilə bəyan edilən xəbərdə qardaşların təklif gözlədiyi vurğulanıb: “Fiorentina”nın sahibləri azarkeşlərin narazılığı ucbatından klubu düzgün idarə edəcəyinə inanan biznesmenlərlə görüşməyə hazırdır”.

Qeyd edək ki, 90 ildir fəaliyyət göstərən “Fiorentina” klubu 2 dəfə A seriyasının (1955-56, 1968-69), 6 dəfə ölkə kubokunun (1939–40, 1960–61, 1965–66, 1974–75, 1995-96, 2000-01), 1 dəfə İtaliya Superkubokunun (1996) və 1 dəfə də UEFA Kuboklar Kubokunun (1960-61) qalibi olub.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *