80 ton Azərbaycan kartofu geri qaytarıldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

80 ton Azərbaycan kartofu geri qaytarıldı

80 ton Azərbaycan kartofu geri qaytarıldı


İyunun 10-dan 23-ə qədər Qazaxıstan ərazisinə tədarük edilən məhsulların fitosanitar yoxlanması zamanı ölkə qanunvericiliyinin və bitkilərin karantini sahəsində Avrasiya İqtisadi İttifaqının göstəricilərinin pozulması ilə əlaqədar 8 fakt aşkar edilib.

AzNews.info-nun məlumatına görə, Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə daxil olan məlumata görə, bu qanun pozuntuları arasında Azərbaycandan ümumi çəkisi 81,5 ton olan kartofda qızılı kartof nematodunun aşkar edilməsi faktı da yer alıb. Həmin məhsul təhlillərdən sonra ixracatçı ölkəyə, yəni Azərbaycana qaytarılıb.

Məlumatda qeyd edilir ki, aşkar edilmiş digər qanun pozuntuları ilə əlaqədar da istifadəyə yararsız məhsullar ixracatçı ölkələrə - Rusiya, Çin, Qırğızıstan və Özbəkistana geri qaytarılıb.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *