Qlobal böhran səngiyir? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Qlobal böhran səngiyir?

Qlobal böhran səngiyir?


Beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” qlobal iqtisadiyyatın bu il 2,9 faiz, gələn il 3,1 faiz artacağını açıqlayıb.

AzNews.info Marja-ya istinadən xəbər verir ki, “Fitch Ratings”in iyun ayı üçün hazırladığı “Qlobal İqtisadi Proqnozlar” hesabatında qlobal inkişafın gücləndiyi bildirilib.

Qeyd edilib ki, qlobal iqtisadiyyat 2017 və 2018-ci illərdə daha da artacaq.

Məlum olub ki, inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarda olan irəliləyiş qlobal iqtisadi artıma səbəb olacaq. İnkişaf etmiş ölkələrdə makroiqtisadi siyasət və artan məşğulluq tələbat artımını dəstəkləyəcək.

Qlobal iqtisadiyyatın keçən il 2,5 faiz artdığı vurğulanıb. Qeyd edilib ki, həmin nisbət bu il 2,9 faiz, gələn il də 3,1 faiz olacaq. 2018-ci ilə dair proqnozun reallaşacağı təqdirdə isə bunun 2010-dan bu yana ən yüksək illik artım sürəti olacağı irəli sürülür.

Çin və İngiltərədə iqtisadi azalma gözlənilir

Keçən il 1,6% nisbətində olan inkişaf etmiş iqtisadiyyatlarda böyümə nisbətinin bu il 1,8 faiz, gələn il 2 faiz olması təxmin edilir. 2016-cı ildə 1,6 faiz artan ABŞ iqtisadiyyatının 2017-də 2,1 faiz, 2018-də 2,6 faiz artacağı proqnozlaşdırılır. 2016-cı ildə 1,8 faiz artan Avro Bölgəsinin bu il 2 faiz, gələn il 1,8 faiz artacağı irəli sürülür. Əvəzində Çin və İngiltərənin artım nisbətlərinin düşəcəyi deyilir.

Mənbə: Marja.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *