Türkiyə Naxçıvan məhsullarının öz ərazisinə ixracını dəstəkləyəcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Türkiyə Naxçıvan məhsullarının öz ərazisinə ixracını dəstəkləyəcək

Türkiyə Naxçıvan məhsullarının öz ərazisinə ixracını dəstəkləyəcək


Bu gün İqtisadiyyat Nazirliyində Türkiyə nümayəndə heyəti ilə keçirilmış görüşdə Azərbaycandan, xüsusilə Naxçıvan Muxtar Respublikasından Türkiyəyə ixracın genişləndirilməsinə, Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinə və ölkələrimiz arasında ticarət məsələlərinə dair müzakirələr aparılıb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, görüşdə İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, birgə layihələrin uğurla reallaşdırıldığını vurğulayıb.

Ş.Mustafayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının davamlı inkişafına böyük önəm verilir. Naxçıvanın inkişaf etdiyini, müasir infrastrukturun, istehsal müəssisələrinin yaradıldığını diqqətə çatdıran Ş.Mustafayev bu baxımdan Muxtar Respublikanın potensialının reallaşdırılmasının, ixracının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Naxçıvanda istehsal olunan məhsulların Türkiyə ixracının artırılması üçün imkanlar böyükdür. Azərbaycan və Türkiyə prezidentləri bu potensialın reallaşdırılmasına xüsusi önəm verirlər. Bu istiqamətdə indiyədək rəsmi şəxslərin və sahibkarların iştirakı ilə görüşlər keçirilib, qarşılıqlı səfərlər təşkil olunub, müzakirələr aparılıb.

Nümayəndə heyəti Naxçıvan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dəstək veriləcəyini, bu istiqamətdə əlaqədar qurum və sahibkarlarla sistemli iş aparıldığını və türk iş adamların Naxçıvana investisiya qoyulmasında maraqlı olduğunu bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *