Azərbaycanda şok qiymətə eşşək pendiri satılır » AzNews.info -Xəbər portalı

Azərbaycanda şok qiymətə eşşək pendiri satılır

Azərbaycanda şok qiymətə eşşək pendiri satılır

Bir çox ölkələrdə, o cümlədən Türkiyədə eşşək südü inək və ya keçi südündən dəfələrlə baha qiymətə, litri təqribən 50-60 manata satılır. Mütəxəssislər də təsdiqləyir ki, eşşək südündən hazırlanan ağartı bir çox xəstəliyin dərmanıdır.

Fermerlərin sözlərinə görə, eşşək südünün qiymətinin son illər qalxmasına səbəb tələbatın artmasıdır. Onlar artıq öz fermalarını genişləndirmək üçün yeni heyvanlar alırlar. Eşşək südünün sağalmaz xəstəlik hesab edilən xərçəngdən qorunmaq üçün ən gözəl vasitə olduğu bildirilir. Maraqlıdır, Azərbaycanda eşşək südünün qiyməti neçədir? Ümumiyyətlə, bizdə bu işlə məşğul olan fermalar varmı?

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yolçu Xanvəli Cebhe.info-ya bildirib ki, Azərbaycanda belə fermalar yoxdur:

“Azərbaycanda belə ferma yoxdur. Amma ayrı-ayrı şəxslər bu heyvanı saxlayır. Südün qiyməti ilə bağlı dəqiq informasiyam yoxdur, amma eşşək südündən hazırlanan pendirin bir kilosu 58 manatdır”.

Mənbə: Cebhe.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *