Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi » AzNews.info -Xəbər portalı

Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi

Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi


Keçən həftə haqqında saysız əfsanələr gəzən, Rokfellerlər ailəsinin ən yaşlı nümayəndəsi Devid Rokfeller 101 yaşında vəfat etdi.

Rokfellerlər ailəsinin yüz illərdir davam edən biznes imperiyasının böyüməsinə bir çox şübhəli məqamların olması, siyasətə təsiri onlar barədə çox sayda fakta söykənməyən iddiaların da ortaya çıxmasına səbəb olur. Hətta Rotschild ailəsi ilə birlikdə bütün dünyanı idarə etdikləri belə konspiroloqlar tərəfindən yazılır.

Devid Rokfeller haqqında isə internetdə yazılan bir iddia isə digərlərindən kəskin fərqlənir. 101 yaşlı biznesmenin bir əsrlik ömrü ərzinə 6 ürək, 3 böyrək, iki dəfə də qaraciyər nəqli keçirdiyi yazılırdı. Hətta onun “200 yaşına qədər yaşamaq istəyirəm” dediyi belə iddia olunurdu.

Ancaq bu iddia yalandır! İlk dəfə Amerikanın yumoristik əyləncə portalı The World News Daily Reportdə yazılan bu xəbər sürətlə bütün dünyaya yayılır. Bu əyləncə portalı özlərinin də qeyd etdiyi kimi real insanlar və hadisələrlə bağlı yumoristik xəbərlər hazırlayır.

2015-ci ildə yazılan bu “xəbər” iki il ərzində sosial şəbəkələrdə tez tez qarşımıza çıxırdı. Devid Rokfeller ölümünün ardından isə daha da çox adam tərəfindən paylaşılırdı.

Qısacası, Devid Rokfeller barədə tez-tez qarşımıza çıxan bu iddia heç bir fakta əsaslanmır. California Universitetinin ürək köçürmələri ilə bağlı açıqladığı hesabatlardan əldə olunan məlumatlarına əsasən, dörd dəfə ürək nəqli keçirən heç bir xəstə bir neçə aydan çox yaşamayıb.

Mənbə: Pahoo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *