Dadaşeva bacıları Ferrari alarkən saxlanıldılar » AzNews.info -Xəbər portalı

Dadaşeva bacıları Ferrari alarkən saxlanıldılar – FOTO

Dadaşeva bacıları Ferrari alarkən saxlanıldılar


Moskvada polis əməkdaşları Məryəm və Tamilla Dadaşeva bacılarını 7 milyon rubl məbləğində Ferrari avtomobilini alarkən saxlayıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Kommersant” nəşri yazıb.

Dadaşeva bacıları Ferrari alarkən saxlanıldılar


Qeyd edək ki, Məryəm çoxdan bu avtomobilin arzusunda idi. O, ötən il BƏƏ-də Ferrari muzeyində avtomobillə foto çəkdirərək “Instagram”da “Mənə bağışlayın” yazısı ilə paylaşmışdı.

Məlum olub ki, hər iki qız “Sberbank”ın əməkdaşlarıdırlar. 26 yaşlı Məryəm Böyük Andronyevski küçəsində kredit təşkilatı şöbəsində müştəri meneceri vəzifəsində çalışırdı, 22 yaşlı Tamilla isə eyni vəzifədə Lyusinov küçəsindəki şöbədə işləyirdi. Bacıların hər ikisi kiçik biznesə cavab verən şöbədə çalışırdılar.

Müstəntiqlər hesab edirlər ki, bahalı avtomobili almazdan bir neçə gün əvvəl Dadaşeva bacıları böyük fırıldaqlarını həyata keçiriblər.

İlkin məlumata əsasən, hüquqi şəxslərlə işləyən və onların hesablarına girişi olan qızlar 40 milyon rubl vəsaiti “çıxararaq nağdlaşdırıblar”. Bu vəsaiti sonradan bir günlük şirkətlərin adına yazaraq özlərinə götürüblər. Pulları alandan bir gün sonra qızlar alış-verişə gediblər.

Dadaşeva bacıları Ferrari alarkən saxlanıldılar


Hər iki qız barəsində “xüsusi böyük məbləğdə törədilmiş fırıldaqçılıq” maddəsi ilə cinayət işi açılıb.

“Sberbank” rəhbərliyi isə belə bir fırıldağın necə həyata keçirilməsi ilə maraqlanır.

Dadaşeva bacıları Ferrari alarkən saxlanıldılar


Qeyd etmək lazımdır ki, Məryəm Dadaşeva 2013-cü ildə Rusiya Xarici Ticarət Akademiyasını bitirib. O, “Sberbank”a diplom almamışdan bir il əvvəl işə düzəlib. Onun kiçik bacısı Tamilla isə iqtisadiyyat və hüquq üzrə mütəxəssisdir.

Dadaşeva bacıları Ferrari alarkən saxlanıldılar


Dadaşeva bacılarının sosial şəbəkələrdə paylaşdıqları fotolardan belə qənaətə gəlmək olar ki, onlar səyahət etməyi, restoran və klublarda əylənməyi xoşlayırlar.

Dadaşeva bacıları Ferrari alarkən saxlanıldılar

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *