Azərbaycanda minik avtomobillərinin qiyməti bahalaşıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Avto

Azərbaycanda minik avtomobillərinin qiyməti bahalaşıb

Azərbaycanda minik avtomobillərinin qiyməti bahalaşıb


Azərbaycanda minik avtomobillərinin qiymətləri bu ilin fevral ayında əvvəlki ayla müqayisədə 0,6% artıb. Yanvar-fevral aylarında isə illik müqayisədə qiymətlərdə 10% artım qeydə alınıb.

AzNews.info-nun Report-a istinadən xəbərinə görə, fevralda minik avtomobillərinin ehtiyat hissələri də aylıq müqayisədə 0,9%, illik isə 12,4% bahalaşıb. Bu müddətdə ölkədə velosipedlərin qiymətində də artım qeydə alınıb. Belə ki, velosipedlər aylıq 1,4%, illik isə 15% bahalaşıb.

Xatırladaq ki, 2016-cı il yanvar-fevral aylarında minik avtomobillərinin qiymətində illik 8,8%, ehtiyat hissələrinin qiymətində 31,3%, velosipedlərdə isə 17,3% artım qeydə alınıb.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *