Azərbaycanda fasiləsiz təbii qaz nə zaman olacaq? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda fasiləsiz təbii qaz nə zaman olacaq?

Azərbaycanda fasiləsiz təbii qaz nə zaman olacaq?


Paytaxtda, eləcə də bölgələrdə əhaliyə təbii qazın verilməsində tez-tez fasilələr olur. “Azəriqaz” QSC bunun səbəbini aparılan təmir işləri ilə əsalandırır.

Bəs payızda adıçəkilən qurum qış mövsümünə hazır olduğunu bəyan edir, o zaman hər gün mavi yanacaq niyə fasilələrlə verilir?

“Azəriqaz”ın bu əsaslandırılması nə dərəcə doğrudur, əhalinin istehlakçı hüquqlarını pozurmu? Kommunal xidmətlərlə bağlı problem nə zaman sona çatacaq?

Oxu.Az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev “Bizim Yol” qəzetinə bildirib ki, soyuq hava ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi bir çox işləri təxirə salıb:

“Əvvəlcədən planlı işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Amma havaların qarlı keçməsinə görə, bütün planlaşdırılan işlər tərəfimizdən təxirə salınıb. Hazırda respublika ərazisində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hər hansı bir əvvəlcədən planlaşdırılmış təmir işləri həyata keçirilmir.

Əhalinin təbii qaza olan tələbatı təmin edilir. Təbii qaza olan tələbat artdıqca, qazın verilişində də artım olur. Onu da qeyd edim ki, zərurət yarandıqda, hər hansı qəza olduqda təmir işləri aparmaq məcburiyyətində qalırıq. Axı Bakı və Abşeron qaz təhcizatı şəbəkəsinin xeyli hissəsi SSRİ-dən, 60-70-ci illərdən qalıb. “Azəriqaz” 2009-2016-cı illər ərzində min kilometrlərlə qaz xəttini yeniləyib və təmir edib.

Hansısa ərazidə təhlükə yaradacaq hissələr qeydə alınırsa, bizim tərəfimizdən yenilənir və təhlükə aradan qaldırılır. Qazın olmaması barədə məlumat düzgün deyil. Hansısa evdən və ya binadan xəbərdarlıq olursa, bu zaman biz bu işə baxırıq və həmin ərazini təbii qaz ilə təchiz edirik”.

Kommunal məsələlər üzrə ekspert Nüsrət İbrahimov isə bildirib ki, əhaliyə qazın verilməsi tərəflər arasında bağlanmış müqavilə əsasında olur:

“Müqavilədə bütün şərtlər göstərilməlidir. Təchizatın hüquq və vəzifələri, alıcının və satıcının hüquq və vəzifələri həmin müqavilədə qeyd olunur.

Qaz hansı təzyiqlə verilməlidir, onun keyfiyyəti, ödənişləri necə olmalıdır, hüquq pozuntusu olduqda hansı cərimələr tətbiq olunur və s. Bu qaydalar müqavilədə qaz alıcıya verilməmişdən öncə öz əksini tapır. Müqavilələri əsas götürüb məhkəmələrə müraciət etmək olar”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *