Bu şəxslərin maaşları 30% artıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bu şəxslərin maaşları 30% artıb – SİYAHI

Bu şəxslərin maaşları 30% artıb


2016-cı ildə Azərbaycan sənayesində çalışan muzdlu işçilərin orta siyahı sayı 192,7 min nəfər təşkil edib.

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, onların 34 min nəfəri mədənçıxarma, 101,9 min nəfəri emal, 26,8 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 30,0 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.

2016-cı ildə sənayedə işləyənlərin orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9% artaraq 900,3 manata çatıb. Əməkhaqqı mədənçıxarma sənayesində 30%, emal sənayesində 6,1%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 0,1% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,3% azalıb. Mədənçıxarma sənayesində artımın əsas səbəbi xarici investisiyalı müəssisələrdə çalışan əcnəbi işçilərə əlavə bonusların verilməsi və onların əmək haqlarının devalvasiya ilə əlaqədar milli valyuta ekvivalentində artmasıdır.

Bu şəxslərin maaşları 30% artıb

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *