FMS modellərinin yeni sahibi bəlli oldu » AzNews.info -Xəbər portalı

FMS modellərinin yeni sahibi bəlli oldu – FOTO

FMS modellərinin yeni sahibi bəlli oldu


Fashion Models School by Lyubov Gutorova (www.fms.az) kimi tanınan Azərbaycanın ən öncül model agentliklərindən biri öz yeni sahibini tapıb.

AzNews.info xəbər verir ki, Altes Plazada baş tutan mətbuat konfransında şirkətin eks sahibi Lyubov Gutorova agentliyi Bigmas Group-a satdığını bəyan edib. Məbləği açıqlanmayan razılaşmaya əsasən şirkətin yeni sahibi Araz Mirzəyevin başçılıq etdiyi Bigmas Group olub. Agentliyin yeni direktoru uzun müddət şirkətin keçmiş sahibinin sağ əli kimi tanınan Romina Mirzəyeva, PR Direktor isə Mariya Orucova təyin olunub. Eyni zamanda, mətbuat konfransında artıq Bigmas Groupun idarəçiliyi ilə, FMS model agentliyinin ilk rəsmi tərəfdaşlığı tutub. Belə ki, agentlik franksayağı gözəllik salonu «Rive Gauche» ilə tərəfdaşlığını rəsmi olaraq elan edib.

Razılaşma haqqında danışan şirkətin keçmiş rəhbəri Lyubov Qutorova bu addımın Azərbaycanın model biznesinin inkişafında mühüm mərhələ olacağını bildirib. Bu yolda bir sıra mühüm uğurlara imza atan Lyubov Qutorova qarşılaşdığı bir sıra çətinliklərin, eyni zamanda maliyyə sıxıntılarının artıq yeni sahibi olan FMS model agentliyi üçün bir tarix olacağını bildirib. Bu anlaşmanın nəticəsi olaraq Lyubov Qutorova artıq Azərbaycanlı dizaynerlərin də inkişafına mühüm təsirləri olacağını qeyd edərək, yerli model və dizaynerlərin artıq xarici bazara çıxmasının və dünya səviyyəsində tanıdılması üçün addımlar atılmasının vaxtı yetişdiyini bildirib.

Qeyd edək ki, FMS model agentliyi 2005-ci ildən fəaliyyət göstərir və 2014-cü ildən FMS by Lyubov Gutorova kimi tanınmaqdadır. Agentliyin modelləri Albino, Tony Ward , Requiem, Ermano Scervino. Philipp Plein, Renato Balestro, Stephane Rolland, Qalit Levi, Yildirim Mayruk, Jordi Dalmau və sairə tanınmış dizaynerlərin nümayişlərində iştirak ediblər. Şirkətin eks sahibi Lyubov Gutorova isə, 2005, 2008, 2010-cu illərdə təşkil edilən Best Model of Azerbaijan və Miss Azerbaijan 2010 müsabiqələrinin təşkilatçısı olmuşdur. Excelsior Hotel & SPA Baku (www.excelsiorhotelbaku.az) sponsorluğu və FMS Models (www.fms.az) təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə 2014 - cü ildə Azərbaycan dizaynerlərinin iştirakı ilə Baku Fashion Night (Dəbli Bakı gecəsi) baş tutub.

BigMas Group isə, bir neçə şirkətdən ibarət holdinqdir. Şirkətin tərkibində tikinti, İT və sairə sektorlarda fəaliyyət göstərən Zövq Construction, BG Media, Anka, Focus, BG managment kimi şirkətlət daxildir. Şirkət rəhbəri Araz Mirzəyevin sözlərinə görə, bütün şirkətlər bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərir və FMS models agentliyin alınması bu şirkətlərin PR və tanıtım işində yeni mərhələ olacaq.

Fotolar: İGO.az (Simon Peter)
İnformasiya dəstəyi: AzNews.info

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

FMS modellərinin yeni sahibi bəlli oldu

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *