Dollar qəfil “öldü”, qiymətlər isə bunu vecinə almadı... » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Dollar qəfil “öldü”, qiymətlər isə bunu vecinə almadı...

Dollar qəfil “öldü”, qiymətlər isə bunu vecinə almadı...

Son bir neçə gündə dolların məzənnəsi kəskin aşağı düşüb. Bu gün keçirilmiş hərracın nəticəsi məlum olduqdan sonra banklarda doların alış qiymətləri 1.60 manatdan da aşağıdır. Bəs əvvəllər dollar manata nisbətən bahalaşanda mağazalarda durmadan artan qiymətlərdə enmə müşahidə olunurmu? Yoxsa xalq arasında deyildiyi kimi “bir kərə qalxan qiymət bir daha enməz” prinsipi keçərlidir?

Virtualaz.org bununla bağlı bəzi mağazalarda araşdırma aparıb. Məlum olub ki, dolların kəskin ucuzlaşması mağazalardakı qiymətlərdən yan keçib. Mağaza sahibləri nəinki bu gün qiyməti endirməyiblər, heç yaxın vaxtlarda da hər hansı qiymət enməsi gözlənilmir.

Dollar qəfil “öldü”, qiymətlər isə bunu vecinə almadı...


“Kontakt Home” mağazalarından hər hansı məhsulda endirim olmadığını dedilər. “Əgər nəğd pula xeyli əşya alsanız, biz bəzi endirimlər edə bilərik, amma hal-hazırda məhsullarımızda hər hansı qiymət dəyişikliyi yoxdur”, -deyə bildirdilər.

“Soliton” mağazalar şəbəkəsində də eyni cavabı aldıq. Burada da yalnız əvvəldən bəzi məhsullara olan kampaniyalar davam edir: “Bizdə soyuducu, qabyuyan, televizorun qiymətində endirim var. Hazırda bu əşyalar faizsiz kredtilə verilir. Əgər bu məhsulları nəqd alsanız, bəzi endirimlər edə bilərik. Amma dolların məzənnəsinin enməsilə bağlı bizdə ucuzlaşma yoxdur”.

Dollar qəfil “öldü”, qiymətlər isə bunu vecinə almadı...


“Santrall Electric” və “Megamart” mağazalarından da oxşar cavab aldıq. Onlarda da dolların kursunun kəskin düşməsi ilə bağlı heç bir ucuzlaşma yoxdur. “Baku Elekrtonics” mağazalarında da dolların “ölməsi” ilə bağlı hər hansı qiymət dəyişikliyi qeydə alınmayıb. Belə görünür ki, dolların bahalaşdığı günlərdə malların qiymətlərini qaldıran ərzaq malları topdansatıcıları da da hələ ki, hər hansı ucuzlaşmaya getmək fikrində deyillər. “Bolmart”, “Fresco”, “Favorit” və digər supermarketlərə baş çəkənlər qiymətlərin dəyişmədiyini deyirlər...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *