Paytaxtdakı məşhur supermarketlər şəbəkəsi bağlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Paytaxtdakı məşhur supermarketlər şəbəkəsi bağlandı

Paytaxtdakı məşhur supermarketlər şəbəkəsi bağlandı

Bakıdakı məşhur “Lider-AS” supermarketlər şəbəkəsi fəaliyyətini dayandırıb.

“Report” xəbər verir ki, artıq bir neçə gündür şəbəkənin marketləri işləmir. Marketlərdə olan mallar isə başqa yerlərə daşınır.

Faktı sayta təsdiqləyən “Lider-AS” supermarketlər şəbəkəsinin direktoru İsmayıl İsmayılov bildirib ki, yanvarın 10-dan etibarən marketlər fəaliyyətini dayandırıb.

O qeyd edib ki, əvvəllər Bakının müxtəlif yerlərində şəbəkənin 4 marketi olub. Hüseyn Cavid prospektində olan market bir müddət əvvəl bağlanıb: “Yanvarın 10-da isə Abbas Mirzə Şərifzadə, Şəfayət Mehdiyev və Cəfər Xəndan küçələrində yerləşən filiallarımız fəaliyyətini dayandırıb”.

İ.İsmayılov deyib ki, ticarətin zəifləməsi və son zamanlar ziyanla işləmələri marketlərin bağlanmasına səbəb olub.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *