Mərkəzi Bankın dollar ehtiyatı yenidən “əridi” » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Mərkəzi Bankın dollar ehtiyatı yenidən “əridi” – YENİLƏNİB

Mərkəzi Bankın dollar ehtiyatı yenidən “əridi”

“Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatı dekabr ayında psixoloji həddi keçib və 3 milyard 974,4 milyon dollara düşüb. Azalma 0,9% olub. Bununla da Bankın ehtiyatı 9 illik minimum həddə düşüb”.

Oxu.Az xəbər verir ki, iqtisadçı-ekspert Samir Əliyev deyir ki, bankın ehtiyatı son dəfə 2008-ci ilin yanvarında 4 milyard dollardan aşağı olub.

“Ehtiyatların azalması böyük ehtimalla onun tərkibinə daxil olan valyutaların dekabrda ucuzlaşması ilə bağlıdır. Ötən il dekabrda avro dollara nisbətən 0,9%, ingilis funtu isə 1,5% ucuzlaşıb.

Dövlət Neft Fondundan (SOFAZ) AMB-ə 2017-ci ildə 4,2 milyard dollar ayrılması valyuta ehtiyatının azalmasını arxa plana keçirib. Çünki il ərzində gözlənilməz hal baş verməsə, Mərkəzi Bank bazarı ehtiyatları hesabına yox, Neft Fondunun transferti hesabına tənzimləyəcək.

Güman ki, valyuta ehtiyatlarının il ərzində azalması daha çox məzənnə fərqi hesabına olacaq”, - deyə ekspert qeyd edib.

11:53

2017-ci il yanvarın 1-ə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 3 milyard 974,4 milyon dollar təşkil edib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 1 milyard 42,3 milyon dollar və ya 20,77% azdır.

Oxu.Az bu barədə AMB-nin açıqladığı hesabata istinadən xəbər verir.

2016-ci ilin noyabr ayının sonu ilə müqayisədə isə rəsmi valyuta ehtiyatları 36,6 milyon dollar və ya 0,91% azalıb.

Qeyd edək ki, 2015-ci ilin dekabr ayının sonuna AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi 5 milyard 16,7 milyon dollar, 2016-cı ilin noyabrın sonuna isə 4 milyard 11 milyon dollar olub.

Ekspertlər isə AMB-nin rəsmi valyuta ehtiyatlarının azalacağını proqnoz edirlər.
Mərkəzi Bankın dollar ehtiyatı yenidən “əridi”

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *