Bağla

AzNews.info



Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda tikintiyə dair yeni orqan yarandı

Azərbaycanda tikintiyə dair yeni orqan yarandı

Azərbaycanda tikintiyə dair vahid informasiya təminatını təşkil edəcək orqan müəyyənləşib.

APA xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” 11 yanvar 2016-cı il tarixli fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən, respublika üzrə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemini təşkil etmək və onun işini təmin etmək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin vəzifələri sırasına daxil edilib.

Müvafiq olaraq dövlət başçısı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərman da imzalayıb.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli fərmana əsasən Nazirlər Kabineti şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin təşkili və fəaliyyəti qaydasını, eləcə də sistemə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və işlənilməsi qaydalarını müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli idi.

Dəyişikliyə əsasən, Nazirlər Kabineti şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin təşkili və fəaliyyəti qaydasını, eləcə də sistemə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və işlənilməsi qaydalarını artıq birbaşa deyil, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etməlidir.

Mənbə: APA

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *