Bağla

AzNews.info



Bölmə: İqtisadiyyat, Sosial

Uduşlardan 10% vergi tutulacaq – YENİ QAYDA

Uduşlardan 10% vergi tutulacaq


Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyatdan keçmiş lotereyalardan və dövlət daxili uduşlu istiqrazlardan əldə olunan uduşlar vergiyə cəlb ediləcək.

Bu barədə Vergilər Nazirliyindən Oxu.Az-a bildirilib.

Bu maddə Vergi Məcəlləsinə 2017-ci ildən qüvvəyə minmiş fiziki şəxslərin gəlir və hüquqi şəxslərin mənfəət vergisinə edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Eyni zamanda, keçirilən lotereya, digər yarışlar və müsabiqədən pul şəklində əldə olunan uduşun (mükafatın) ödəmə mənbəyində 10% dərəcə ilə vergiyə cəlb olunması təsbit olunur.

Vergi ödəməni edən şəxs rezident hüquqi şəxs və fərdi sahibkar olduqda həmin şəxs tərəfindən, ödəməni edən daimi nümayəndəliyi olmayan qeyri-rezident olduqda isə uduş (mükafat) əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filial və ya poçt rabitəsinin milli operatoru olan “Azərpoçt” MMC tərəfindən tutulmalıdır.

Ödəmə mənbəyində uduşları (mükafatları) ödəyən şəxs hesablanmış vergi məbləğini hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq bəyan etməli və büdcəyə köçürməlidir.

Mənbə: Oxu.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *